reklam
Regionxeberlericom.az » Araşdırma » Afaq Bəşirqızı danışdı: “Problemlərin səbəbkarı məmurlardır”

reklam

Afaq Bəşirqızı danışdı: “Problemlərin səbəbkarı məmurlardır”


Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə görüşdəki çıxışına görə sosial mediada müsbət sözlərlə qarşılanan xalq artisti Afaq Bəşirqızı açıqlama yayıb.

O, bu barədə İnstaqramda yazıb:

“Əzizlərim, çox sağ olun. Ürək sözləriniz və verdiyiniz qiymət çox xoşdur. İncəsənət xadimlərindən, əyalət teatrlarından saysız-hesabsız zənglər gəlir. Mənə minnətdarlıqlarını bildirirlər.Amma bu, mənim vətəndaş borcumdur. Alın tərimlə, səhhətimi qurban vermək hesabına xalq artisti, Prezident təqaüdçüsü və sayılıb-seçilənlərdən oldum. Amma həyatım boyunca eqoist olmadım, olmayacam da.

Xalqımı, ehtiyacda olan imkansız insanları fikirləşməliyəm.Əgər dünənki mötəbər məclisdə belə bir fürsət yarandısa, mütləq çıxış etməli idim.Çox sağ olsun canım Prezidentim, Mehriban xanım, mənə qulaq asdılar. Cənab ölkə başçısı çıxışında bir neçə dəfə qaldırdığım məsələni müzakirə etdi. Allaha şükürlər olsun ki, artıq dünəndən xəbərlər alıram ki, bu təkliflərə müsbət reaksiya verilib. Bu günlərdə hamılıqla birgə bu işlərin nəticəsini bayram edəciyik. Ümumiyyətlə, hər bir insan təyin olunduğu sahədə öz işini, kreslosunu ambitsiyasına görə, yaxınlarına görə istifadə etməsə, inanın bu çətinliklər yaranmaz.

64 yaşındayam və çox sahələrlə rastlaşmışam. Çox yaxşı insanlar görmüşəm və onların iş üsulları ilə tanış olmuşam. Bu problemlərin başlıca səbəbi öz yerində düzgün oturmayan məmurlardır. Məhz buna görə Cənab İlham Əliyevə dedim ki, sizin sərəncamlardan sui istifadə edənlər var. Amma bu cür məmurlar unutmasın ki, həyatda halal və haram deyilən amillər var. Söz verirəm ki, bundan sonra da mənə olunan hörmət xalqımın övları üçün olacaq. “Sağ əlin elədiyini, sol əl bilməməlidir” həyat devizimdir. Məni tanıyanlar yaxşı bilir ki, nə etdiyimi və edəcəyimi heç kəsə bildirmərəm. Bir daha qeyd edirəm ki, dünənki çıxışım rəsmi yox, həqiqətən ürəyimdən gələn sözlər və qəlbimin hayqırtısı idi. Çox sağ olun”.


Paylaş:


Müəllif : Tarix:
2-03-2019, 16:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər