“On günə baxılmalı olan iddianın 2 il uzadılması nəyə xidmət edir?” - Təmraz Tağıyev
Nərimanov bələdiyyəsinin inzibati bina məsələsi ilə bağlı məhkəmə çəkişməsi iki ilə yaxındır davam edir.
Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib ki, hazırda Nərimanov bələdiyyəsi tərəfindən Bakı İnzibati Məhkəməsinin 13.11.2023-cü il tarixli qərardadından Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti ilə müraciət edilib:
“Qeyd etməliyəm ki, hazırda məhkəmə prosesində maraqlı, həm də qəribə bir vəziyyət yaranıb. Belə ki, 06 fevral 2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsində Nərimanov bələdiyyəsi tərəfindən qaldırılan iddia ərizəsi ilə bağlı qərarı, təsəvvür edin ki, doqquz ay sonra, yəni 13.11.2023-cü ildə tarixli qərardadı ilə iddia tələbi baxılması mümkün sayılmayıb. Anlaşılan deyil ki, məhkəmə instansiyası hansı səbəbdən iddiaya maksimum on günə baxıb fikir bildirmək əvəzinə doqquz aydan sonra baxıb, iddiaya baxılmasını mümkünsüz hesab edib. Maraqlıdır, deyilmi. Ötən müddət ərzində məhkəmə instansiyasının təmsilçiləri nəyi və yaxud kimi gözləyiblər?
Əmlak məsələri Dövlət Xidməti hansısa formada, əslində qanuna zidd olaraq, həyata keçirdiyi alqı-satqı əməliyyatı zamanı 1209 kv.metrlik ərazini hansı əsasla 900.000 manat sənədləşdirib. Halbuki şəhərin mərkəzi hesab edilən bu ərazidə torpağın bir sotunun bazar dəyəri 100.000 manatdan artıqdır.
Üstəlik sual olunur, ərazini bizim qanunsuz hesab etdiyimiz sənədlərdə adıkeçən Natiq Əliməmmədov kimdir və alqı-satqı zamanı ödədiyi pulun, yəni 900.000 manatı hansı yollarla əldə etməsi barədə müvafiq orqanların məlumat varmı. Ümumiyyətlə məhkəmə bu məqamla niyə maraqlanıb Natiq Əlimməmədovu məhkəmə prosesinə cəlb edə bilmir və ya cəlb etmək marağında deyil. Yəni bu alqı-satqı prosesində ciddi hüquqpozmalarının olması konkretdir və göz önündədir. Və biz təəssüf edirik ki, məhkəmə bu məqama toxunmadan ötüb keçir.
Görünən odur ki, inzibati binamızla bağlı bələdiyyə üzvlərində və kollektivində yaranan suallara məhkəmə instansiyalarında çalışanlar hansısa maraq naminə cavab tapa bilmirlər.
Biz bir bələdiyyə olaraq ölkəmizdə ədalətin zəfər çalacağına, iki ildən artıq müddətdə davam edən məhkəmə prosesinə aydınlıq gətiriləcəyinə inanırıq.
Hər halda Azərbaycan Respublikası Ali Məhkəməsi və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun təyinatından sonra məhkəmə-hüquq sistemində yeni dövrün başlandığına inandığımızdan bu məsələnin də diqqətdə saxlanılacağına inanır və nəticə etibarilə ədalətli qərar veriləcəyinə ümidlə baxırıq”.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-02-2024, 12:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər