reklam
Regionxeberlericom.az » Araşdırma » Məmurların etik kodeksi: İkinci dəfə evlənmək qadağandır?

reklam

Məmurların etik kodeksi: İkinci dəfə evlənmək qadağandır?
















Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun ikinci dəfə ailə həyatı qurması müzakirəsiz ötüşmədi. Aralarında xeyli tanınmış adamın, ziyalının da olduğu çoxluq ikinci dəfə evlənməyi 40 yaşlı icra başçısına yaraşdırmadı. 

Məmurlar ikinci dəfə ailə həyatı qura bilməzmi? Azərbaycanda bunu qadağan edən hansısa qaydalar mövcuddurmu?

Mövzu ilə bağlı  danışan Yasamal rayon İcra Hakimiyyətinin sabiq başçısı, tanınmış hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, məmurlarla bağlı “Dövlət qulluqçularının etik davranış qaydaları” haqqında qanun mövcuddur:

“Bununla bağlı “Dövlət qulluqçularının etik davranış qaydaları” haqqında qanun var. Həmin qanunda dövlət qulluqçularından tələb olunan 15 prinsip qeyd olunub. Bu prinsiplərə vicdanlı davranış, loyallıq, korrupsiyaya yol verməmək və digər tələblər aiddir. Dövlət qulluqçuları vətəndaşlarla təmasları zamanı həm qaydalara əməl etməlidir. Bu qanunla tənzimlənir və hər il bütün dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının qiymətləndirilməsi aparıldıqda həmin kirteriyalar da nəzərə alınır”. 

Sahib Məmmədov bu qanunun Prezident tərəfindən təyin olunmuş məmurlara aid olmadığını qeyd edib:

“İcra başçıları isə dövlət qulluqçusu deyil və bu qanun onlar üçün nəzərdə tutulmur. Təbii ki, bu o demək deyil ki, icra başçıları etik davranış qaydalarına əməl etməməlidir. Sadəcə, bu qanun konstitusiya ilə müəyyən olunan və prezident tərəfindən təyin edilmiş şəxslərə şamil olunmur. Bunlara baş nazir, onun muavinləri, nazirlər, komitə sədrləri, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının başçıları aiddir. Onların fəaliyyəti “Dövlət qulluğu haqqında Azərbaycan respublikası qanunu” ilə tənzimlənmir. Lakin bu o demək deyil ki, davranış qaydaları onlara da aid deyil. İstənilən məsələdə dövlət qulluqçusu nümunəvi olmalıdır. Eləcə də onların evlilik və digər məsələlərdə şəxsi həyatları var və onlara heç kəs müdaxilə edə bilməz”. 

Nazim Hacıyev 





Paylaş:


Müəllif : Tarix:
29-02-2024, 11:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər