reklam
Regionxeberlericom.az » Araşdırma » Münhen, Vyana, İstanbul… - Bakı bu qoxulardan niyə kənarda qalıb?

reklam

Münhen, Vyana, İstanbul… - Bakı bu qoxulardan niyə kənarda qalıb?


Bir müddət əvvəl Türkiyənin İstanbul şəhərinin qoxusunun parfüm olaraq hazırlanması  medianın gündəm  mövzusuna çevrilmişdi. “Times” qəzetinin “Sevgilim, səndən İstanbul qoxusu gəlir” başlığı ilə verdiyi xəbərdə Qerald Qişleyin Avropanın daha 5 şəhərinin qoxusunu hazırladığı yazılmışdı. Parfümlərdə “Qapalı Çarşı”, “Türk lokumu”, “Topqapı sarayı” kimi yerlərin qoxusu öz əksini tapıb. 
Frankfurt, Münhen (hər ikisi Almaniya), Vyana (Avstriya), Budapeşt (Macarıstan) kimi şəhərlərində müxtəlif bölgələrinin, küçələrinin qoxusunu özündə əks etdirən ətirlər hazırlanıb.
Bəs görəsən, Bakı üçün də belə parfümlər hazırlanıbmı, yaxud hazırlana bilərmi?
Mövzu ilə bağlı tanınmış əttar Murad Məsud “Yeni Sabah”a danışıb. O belə ətirlərin hazırlanmasının o qədər də asan olmadığını bildirib:

“İstanbulun səmtlərinin arasında məsafə böyükdür. Bir səmtlə digəri arasında olan rənglər, ab-hava çox fərqlidir. Bakıda isə bu belə deyil. Bakı deyəndə adamın ağlına nə gəlir? Bakının kəndləri filan... Məncə, bu, ətirləri yaratmaq istəyən və sonra onu təqdim edəcək adamın təxəyyülündən asılıdır. Yəni onu necə ifadə edəcək, necə ətirə köçürə biləcək, sonra onu insanlara necə düzgün şəkildə çatdıra biləcək. Bunu edə bilsə, bir məhəllənin bir başı ilə digər başından iki fəqli ətir də hazırlamaq olar. Bu elə də çətin deyil. Dediyim kimi, baxır əttar o düşüncəni, təfsiri ətirə necə köçürəcək. Onu necə ifadə edəcək, bax, bu o həmin adamdan asılıdır. “Mümkün deyil” demək düzgün deyil. Sadəcə olaraq, İstanbulda bu daha asan ola bilər, çünki İstanbulun hər tinində bir hekayə var, amma Bakı belə məsələlərdə məhduddur”.


Paylaş:


Müəllif : Tarix:
13-09-2019, 16:08
Sikayət   


loading...
Загрузка...