Yazda qış havası: Soyuq havaların səbəbi AÇIQLANDI
Yaz fəslinin ölkəmizə daxil olmasına baxmayaraq, ölkədə, xüsusilə paytaxtda dəyişkən, yağışlı və soyuq hava şəraiti hökm sürür. Yanvar-fevral ayları ərzində havanın normadan isti keçməsi, hazırda isə soyuqların yenidən başlaması əhalidə çaşqınlıq yaradır. Hər kəsi isə bir sual maraqlandırır. Bu cür hava şəraiti nə vaxta qədər davam edəcək?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan meteoroloq Cavid Hüseynov havanın soyuq keçməsinin səbəbini açıqlayıb:
“Mart ayının 21-indən etibarən artıq ölkəmizdə yaz fəsli müşahidə edilir. Yaz fəsli soyuq qış və isti yay fəsli arasında keçid faza olduğuna görə sinoptik şəraitin və hava kütlələrinin tez-tez dəyişməsi, meridional atmosfer proseslərinin, həmçinin də siklon antisiklonların daha intensiv olması müşahidə olunur. Yaz fəslində ölkəmizin iqlim şəraiti Mülayim enliklərin və Arktik hava kütlələrinin təsirinə daha çox məruz qaldığına görə Mart və Aprel aylarında sinoptik şəraitin qısamüddətli dəyişməsi fonunda havanın qeyri-sabit keçməsi, meteoroloji kəmiyyətlərin zəif və mülayim tərəddüdü, havanın orta aylıq temperaturunun 6-10°C isti, aylıq yağıntının miqdarının iqlim normasına yaxın olması, gün ərzində buludluluğun artması, fasilələrlə yağıntılı olması qeydə alınır. Xəzər dənizinin yaxınlığı da hava kütlələrinin dinamikasına və sahilyanı ərazilərin meteoroloji şəraitinə öz təsirini göstərir”.
Ekspert bu vəziyyətin ay sonuna qədər davam edəcəyini bildirib:
“Yaxın günlərdə də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir yağıntılı olacağı, qeyri-sabit hava şəraitinin Mart ayının sonuna kimi davam edəcəyi gözlənilir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-03-2024, 13:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər