reklam
Regionxeberlericom.az » Araşdırma » Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

reklam

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi


















Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində məhkəmə iddiası qaldırılıb.

Məhkəmə iddiası Mənsimova Vüsalə Asəf qızı tərəfindən irəli sürülüb.

İddia üzrə növbəti məhkəmə iclası Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinovun sədrliyi ilə aprel ayının 2-də saat 10:00-da keçiriləcək.

Qeyd edək ki, daha əvvəl – 7 noyabr və 19 dekabr 2023-cü il tarixlərində 2 iclas keçirilib. İddia müqavilənin etibarsız hesab olunması tələbi üzrə qaldırılıb.

Məlumat üçün bildirək ki, barəsində iddia qaldırılan Mais Mənsimov Türkiyənin “Palmali Gemicilik ve Acentelik Anonim Şirketi”nin Azərbaycandakı Fililalının (VÖEN -1400043761), həmçinin “Azərkeş Xəzər-Lənkəran” MMC-nin (VÖEN - 2600058551) qanuni təmsilçisidir.

Onu da qeyd edək ki, “Palmali Gemicilik ve Acentelik Anonim Şirketi”nin Azərbaycandakı Fililalının hazırda dövlət büdcəsinə vaxtında ödənilməyən vergi borcu da var.





Paylaş:


Müəllif : Tarix:
29-03-2024, 15:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər