ABŞ niyə Ukraynanı İsrailin səması kimi qorumur? – Dövlət Departamenti səbəbləri açıqladı
ABŞ İsrail səmasında İranın raketlərini vurduğu kimi Ukraynaya Rusiya raket və dronlarını vurmağa kömək etmir. Dövlət Departamenti dörd səbəb göstərib.
Bu barədə ABŞ Dövlət Departamentinin spikeri Metyu Miller brifinqin zamanı danışıb.
Metyu Miller qeyd edib ki, o, prezident Volodimir Zelenskinin “Qərb müttəfiqləri İsrail səmasında İran raketlərini və pilotsuz uçuş aparatlarını vurdular, lakin Ukraynada da eyni şeyi etməkdən qorxurlar”, fikirlərini başa düşür.
“Düşünürəm ki, bu cür sarsıdıcı hücumlara məruz qalan hər bir ölkənin prezidenti öz xalqını qorumaq üçün hər cür mümkün yol axtarar. Mən bunu tamamilə başa düşürəm”, deyə Miller bildirib.
Bununla belə, Dövlət Departamentinin spikeri ABŞ-ın “Ukrayna və İsraillə tamamilə fərqli münasibətlərə malik olduğunu” vurğulayıb.
“Bizim İsraillə onilliklərdir təhlükəsizlik tərəfdaşlığımız var və burada onlara birbaşa hərbi yardım göstəririk – təkcə iki illik münaqişə üçün deyil, onilliklər ərzində və ordumuzla İsrail ordusu arasında onilliklərə qədər uzanan uzun, geniş əlaqələrimiz var”, deyə Miller qeyd edib.
O əlavə edib ki, İsrail ABŞ-ın NATO xaricində əsas müttəfiqidir, Ukrayna isə fərqli mövqedədir.
“Bizim bu münaqişədən bir neçə ay əvvəl onlarla (ukraynalılarla) belə bir razılaşma (NATO-dan kənar əsas müttəfiq statusu barədə-red.) olmayıb”, deyə spiker bildirib.
O əlavə edib ki, ABŞ Ukraynanı səmanı qorumaq üçün lazım olan avadanlıqla təmin edir və bura hava hücumundan müdafiə sistemləri, xüsusən də “Patriot” daxildir.
“Nəzərə alsaq ki, biz Rusiya ilə silahlı hərbi toqquşmada deyilik və bu, Rusiyanın hücumlarına cavab olaraq Ukrayna səmasında Amerika təyyarələrinin olmasını tələb edəcək. Və biz Rusiya ilə birbaşa silahlı münaqişəyə girmək niyyətində deyilik. Birləşmiş Ştatlar bunu çox aydın şəkildə anladıb”, deyə Miller vurğulayıb.
Spiker qeyd edib ki, ABŞ və Rusiya arasında birbaşa silahlı münaqişənin qarşısını almaq Amerika xalqının maraqlarına cavab verir, çünki onlar III Dünya müharibəsini istəmirlər.
“Əgər siz bizim daha nə edə biləcəyimizlə bağlı sual vermək istəyirsinizsə, o zaman bu sualı ABŞ Konqresinə vermək lazımdır, çünki bizim Ukraynaya daha çox avadanlıq təqdim etməyə imkan verəcək əlavə xərc qanun layihəsimiz var. Və ümid edirik ki, bu qanun layihəsi qəbul ediləcək”, deyə Miller əlavə edib.
Xatırladaq ki, İranın İsrail ərazisinə hücumu zamanı ABŞ və Böyük Britaniya hərbçiləri hava hədəflərinin tutulmasında iştirak ediblər. Ağ Evdən İsrailə kömək etdikləri kimi Ukraynaya da kömək edəcəklərini soruşduqda, “söhbət fərqli münaqişələrdən, fərqli hava məkanından, fərqli təhdid modellərindən gedir” deyə cavab verilib.
Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron isə bildirib ki, ölkənin hərbi hava qüvvələri Ukrayna səmasında PUA-ları vura bilməz, çünki bu, Avropada eskalasiya və genişmiqyaslı müharibə riskinə səbəb olacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-04-2024, 09:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər