reklam
Regionxeberlericom.az » Araşdırma » Azərbaycanda Türkiyə məhsulları ucuzlaşacaq?- AÇIQLAMA

reklam

Azərbaycanda Türkiyə məhsulları ucuzlaşacaq?- AÇIQLAMA
















Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair saziş təsdiqlənib. 

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclis tərəfindən qəbul edilib.

Qərarın qəbul edilməsindən sonra Azərbaycanda Türkiyədən gətirilən və orada istehsal olunan məhsulların ucuzlaşacağı barədə müzakirələr aparılır.

Mövzu ilə bağlı Modern.az-a danışan iqtisadçı Pərviz Heydərovun sözlərinə görə, ikiqat verginin Türkiyə ilə Azərbaycan arasında aradan qaldırılması iki ölkə arasında qarşılıqlı ticarət əlaqələrinin daha da inkişaf etməsində təkan rolunu oynayacaq:

“Türkiyə Azərbaycanın xarici ticarət əlaqələri saxladığı ölkələr arasında ən ön sırada duran ölkələrdən biridir. Bizim qeyri-neft ixracımız sahəsində ən böyük bazar Rusiyadırsa, digər ölkə Türkiyə hesab olunur. Bundan əlavə bizim enerji resurslarımızın da ixracında Türkiyə mühüm bazar rolunda çıxış  edir. Bu mənada qarşılıqlı ticarət əlaqələrində  ikiqat verginin aradan qaldırılması bu imkanları potensialı daha da artıracaq.  Həm Azərbaycandan Türkiyəyə ixracı genişləndirəcək, həm də Türkiyədən Azərbaycana olan idxalı yüksəldəcək. İki ölkə arasında qarşılıqlı dövlətlər arasında razılaşmaya əsasən, ticarət dövriyyəsi yaxın müddətdə 15 milyon manata çatdırma niyyəti mövcuddur. Hazırda bu göstərici  8 milyar ABŞ dolları həcmindədir. 7 milyard ABŞ  dolları həcmində də artım baş tutarsa, bu həmin 15 milyarlıq hədəfə çatması demək olacaq. Bu yöndə də hər iki tərəf ciddi səylər nümayiş etdirir. Bu baxımdan ikiqat verginin aradan götürülməsi daha bir addım kimi qiymətləndirilməklə yanaşı, gələcək üçün də yeni perspektivlər ortaya qoyulması deməkdir”.

Pərviz Heydərov son vaxtlar  türk lirəsinin əhəmiyyətli dərəcədə ucuzlaşmaqda olduğunu vurğulayıb:

“Onlayn alışveriş sahəsində də bizim ticarət əlaqələrimiz getdikcə genişlənməkdədir. Gələcəkdə ikiqat verginin aradan götürülməsi ilə ölkəyə idxal olunan türk məhsullarının daha da uczlaşacağı real göründüyündən hesab edirəm ki, bu Azərbaycanın daxili bazarında rəqabət şəraitinin  də inkişaf etməsinə şərait yaradacaq. Ancaq bir məqamı da qeyd edim ki, ikiqat verginin aradan götürülməsi ilə türk məhsullarının Türkiyə istehsalına aid malların Azərbaycan daxili bazarda kəskin ucuzlaşacağını da iddia etmək hələ tezdir. 

Online alışverişdə türk lirəsinin ucuzlaşması fonnunda istənilən səviyyədə ucuzlaşmasını biz hələ ki, müşahidə etməmişik, etmirik də... İkiqat verginin aradan götürülməsi ilə kəskin ucuzlaşmanın ortaya çıxacağını gözləmək tezdir”. 





Paylaş:


Müəllif : Tarix:
27-04-2024, 12:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər