Yalnız bu dondurmaya üstünlük verin - Ekspertdən TÖVSİYƏ
Havaların isinməsi ilə insanların dondurmaya olan təlabatı da artır. Satışda isə müxtəlif növ və adda dondurmalar var. Eyni zamanda marketlərlə yanaşı, parklarda, yol qıraqlarında dondurma satışı ilə məşğul olanlara rast gəlinir.
Bəs dondurma alarkən nələrə diqqət etmək lazımdır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovun sözlərinə görə, əhali bilməlidir ki, dondurma tez həzm olunan yüksək kalorili süd məhsuludur:
"Ona görə dondurmanı dilin üstünə qoyanda o qaymaq dadı verməlidir. Dondurmanın istehsalında əksər hallarda kokos yağı istisna olmaqla, kərə yağından istifadə olunmalıdır. Bəzən dondurmanı istehlak edəndə boğazda acılıq verir. Bu o deməkdir ki, dondurma istehsalında kərə yağından yox, hansısa digər yağlardan istifadə olunub. Qeyd etdiyim kimi, istisna olaraq kakos yağından hazırlanan dondurmalar da var, Azərbaycanda bu istehsal olunur. Əhali bilməlidir ki, ölkədə 20 yə yaxın dondurma istehsalçısı var. Onlardan barmaqla sayılan qədəri var ki, ciddi standartların tələbinə cavab verməklə dondurma istehsal edirlər. Lakin bununla belə xırda kiçik sexlər də mövcuddur və ölkəyə xarici ölkələrdən də dondurma idxal olunur. Türkiyədən, Rusiyadan, Belarusdan və digər ölkələrdən. Dondurma alan zaman istehlakçılar onun etiketinə baxsınlar, hansının buraxılma tarixi və yararlıq müddəti arasında məsafə kiçikdirsə, ona üstünlük versinlər. Dondurmanın qabığı, bükülüşü əzilibsə, bu o deməkdir ki, xaricdən gələn dondurmadır, donu açılıb və təzədən dondurulub. Bu, artıq çirklənmiş dondurmadır, belə dondurma almaqdan imtina etsinlər. Eyni bir dondurma müxtəlif yerlərdə, müxtəlif qiymətlərə satıla bilər. Bu da təbii ki, bazar iqtisadiyyatıdır, qiymətlər tələb və təklif aksiomu ilə müəyyən olunur".
Ekspert qeyd etdi ki, əhali bütün hallarda yerli dondurmalara üstünlük versin:
"Çünki yerli dondurmalar daha çox ekoloji təmizdir, nəinki kənar ölkələrdən gətirilən. Dondurmalar qeyd etdiyim kimi boğazda acılıq verirsə və şübhə yaradırsa, 1003 qaynar telefon xətti ilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat vermələrini tövsiyə edirəm. Etiketlərə fikir versinlər, buraxılma tarixinə, son yararlıq müddətinə, istehsal edən firmanın nömrəsinə, rekvizitlərinə fikir versinlər. Açıq satılan dondurmalar da var, belə hallarda xüsusən istehlakçılar meyvəli dondurmalarda diqqətli olsunlar. Belə dondurmalar zəhərli ola bilər. Bir oturuma çox dondurma yemək məsləhət görülmür. Əgər insan birdən-birə çox dondurma yeyərsə, bədən temperatur aşağı düşə bilər və çox ciddi problemlər yaşaya bilər. İnsanlar ona görə bu məsələyə də əhəmiyyət versinlər", - deyə Eyyub Hüseynov bildirdi.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-05-2024, 08:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər