Valideynlər üçün xərc, məktəblilər üçün əzab - Yol dərdi ilə bağlı daha bir TƏKLİF
Bir neçə gündür ki, şagirdlərin gediş haqqlarından azad olunması mövzusu aktuallıq qazanıb.
Məsələ ilə bağlı deputatlar da fikirlərini bildirərək məktəblilərin gediş haqqından azadl edilməsi fikrini təklif ediblər.
Bəs bu təklifin reallaşmaq ehtimalı nə qədərdir?
Mövzu ilə bağlı danışan təhsil eksperti Kamran Əsədov da məktəbli formasında olan şagirdlərdən gediş haqqı alınmaması fikrini dəstəklədi:
“Hazırda Azərbaycan Respublikasının Prezidentinə və Nazirlər Kabinetinə müraciət mətni üzərində işləyirəm. Bilirsiniz ki, bu il 3000-dən çox məktəb dövlət başçısının sərəncamı ilə tikilib və ya yenidən qurulub. Heydər Əliyev Fondu məktəbəqədər təhsil, məktəb və bağçaların yenidən qurulmasına xüsusi qayğı göstərir. Bu məsələ yəqin ki, diqqətdən yayınıb. Yoxsa dövlətimizin sosial siyasəti fonunda bu məsələyə baxılardı. Ölkədə 4470 ədəd orta təhsil müəssisəsi var. Bu qədər məktəbdə isə 1.5 milyon şagird oxuyur. Amma heç də onların hamısı gündəlik ictimai nəqliyyatdan istifadə edərək məktəbə getmirlər. Bir çoxumuz uşaqları evlərinin yaxınlığında olan məktəblərə göndəririk. Amma elə yerlər var ki, əhalisi sıx olsa da, orda məktəb yoxdur. Ona görə də məktəbli formasında olan şəxslər gediş haqqından azad edilməlidir".
"Azərbaycanda hüquq-mühafiə orqanlarının işçiləri xidməti formalardadırsa, onlar gediş haqqından azaddırlar. Nə üçün gələcəyimiz olan uşaqlara, gələcəyin həkiminə, müəlliminə də belə güzəşt etməyək? Gürcüstanda, Türkiyədə şagirdlər gediş haqqından azad, tələbələr isə güzəştli gediş haqqına malikdirlər. Bu məsələnin həll olunmadan qalmasının səbəbi aidiyyatı strukturlara müraciət olunmaması olub. İndi gediş haqqı 30 qəpikdir. Bir şagird üçün təkcə nəqliyyat xərci gündəlik 1 manat edir. Elə ailələr var ki, 2-3 uşağı var. Bu artıq böyük xərclərə gətirib çıxarır. Biz onlara uşaq pulu vermirik, heç olmasa vermədiyimiz pulu almayaq. Mən inanıram ki, aidiyyatı dövlət qurumları bu məsələ ilə bağlı müsbət addımlar atacaqlar. Bu dövlət büdcəsinə böyük ziyan vurmayacaq. Yaponiyada zərərə işləyən dəmir xəttini bir nəfər şagird istifadə edir deyə xətti bağlamırlar. Dünən çox pis hadisənin şahidi oldum - 3 körpə məktəblinin anası olan qadını avtobusdan gediş haqqına görə endirdilər. Bu heç vicdana da sığmır. Düzdür, sürücü vəzifə borcunu yerinə yetirir, amma qanundan üstün olan şeylər də var”.
Həm məktəblilərin rahat gediş-gəlişini təmin etmək, həm də tıxacların qarşısını almaq baxımından məktəblərlilər üçün xüsusi avtobusların istifadəyə verilməsi daha faydalı olmazmı?.
Ekspert bildirib ki, Azərbaycanda məktəblər üçün servis avtobuslar işləyə bilməz:
"Çünki Bakı plan üzrə tikilməyib, kim harda istəyir, ev tikir, bina ucaldır. Təkcə Bakı şəhərində 317 məktəb var. Heç də hər məktəbə onun ətrafında yaşayanlar gəlmir. Biri Yasamaldan gəlir, o biri Xətaidən və s. Bəzi özəl məkəblərdə belə servislər var, amma onlar vahid marşurut xətti üzrə işləyirlər, vahid marşurut xətti də əlvrerişli deyil. Bunun üçün səhər saat 7-dən sən uşağınla yola çıxıb, onu servisə çatdırmalısan. Belə olmadığı təqdirdə də uşaqlar bütün şəhəri gəzməli olurlar. Heç hazırda istifadə olunan servis avtobusları da keyfiyyətli deyil. Çünki saat 7-dən başlayırlar, məsələn, Yasamaldan başlayıb bütün şəhəri gəzirlər. Keyfiyyətli servis sisteminin ərsəyə gəlməsi yəni, Kembric, Oksforddakı kimi olması üçün 200 min pul lazımdır. Yəni, bir avtobusa çəkilən pula bütün ölkə ərazisindəki uşaqlar bir illik gediş haqqından azad olunaraq nəqliyyatdan istifadə edə bilərlər.”
Həmçinin nəqliyyat eksperti Elməddin Muradlı da bu məsələyə ilə bağlı fikirlərini “Yeni Sabah”a bildirib.
“Öz məktəb illərimi xatırlayıram - biz məktəbə gedəndə pul vermirdik, tələbələr öz tələbə biletini göstərib, pulsuz istifadə edirdi. Sonra bu nəqliyyat sistemi darmadağın edildi və keçdi özəl sektordakı şirkətlərin əlinə. O özəl şirkətlər də bu güzəştləri ləğv elədi. İndi yalnız Nazirlər Kabinetinin qərarı ilə 6 yaşınadək olan uşaqlar pulsuz gediş haqqına malikdirlər. Əgər bu qərara özəl şirkətlər də əməl edirsə, deməli şagirlərlə bağlı yenə belə bir qərar qəbul edilsə, əməl oluna bilər. Həmin şirkətlər düşünsə ki, bu uşaqlar gələcəyin polisi, çilingəri, həkimidir, onlar özləri buna şərait yaratmalıdır. Bir şagirdin bir nəqliyyat vasitəsindən istifadə xərci aylıq 12 manat edir. Hələ bunun 2 nəqliyyat vasitəsi dəyişəni var, 2-3 uşaqlı ailəsi var. Məktəb avtobusu servisini yaratmaq olar. Amma hamı 10 manat qoyub, 1000 manat götürməyi istəyir".
E.Muradlı məktəbli avtobuslarının tıxaclara da çarə ola biləcəyini dedi:
"Elə valideynlər var ki, uşağı özü aparıb-gətirir, eləsi var ki, taksi tutur. Valideyn özü aparsa, təxminən aylıq 50 manat pulu çıxacaq, taksi ilə aparsa, ayda 100-200 manat edir. Məktəbli avtobusu yaradılsa, məktəblərin ətrafındakı sıxlıq da azalar.
Elə vaxtlar olur ki, bu kartla işləyən avtobuslarda karta pul vurmağı unudan uşaqları avtobuslar qəbul etmir. Bu insanlıq deyil, vicdana sığmır. Belə şeylər edərək, uşaqların yaddaşında pis cəmiyyət olaraq qalmayaq”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:19-09-2019, 13:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:19-09-2019, 13:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39
Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - “İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur”
22-11-2024, 15:36