reklam
Regionxeberlericom.az » Araşdırma » Tağı Əhmədova qarşı iki milyon manat dələduzluq edən şəxs yenidən hakim qarşısında

reklam

Tağı Əhmədova qarşı iki milyon manat dələduzluq edən şəxs yenidən hakim qarşısında

















Bakı Ağır Cinayətlər Məhkəməsində üç nəfərə qarşı dələduzluq edən Sahil Nasir oğlu Abuşovun məhkəmə prosesi başlayır.

“Unikal”ın məlumatına görə, məhkəmənin hazırlıq iclası may ayının 27-də hakim Aytən Əliyevanın sədrliyi ilə keçiriləcək. Cinayət işində Dağıstan Şaban oğlu Əzimov, İnqilab Dadaş oğlu Nəzərov və Orxan Asəf oğlu Piriyev zərərçəkmiş qismində tanınıblar.

İttihama əsasən, Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşov Soltan Əliyevin iki milyon manatını ələ keçiriblər. Səadət Xəlilov həbsdə olsa da, digər iki təqsirləndirilən şəxs məhkəmə dövründə azadlıqda olub. Onlar haqqında axtarış elan edilib. Qulu Muxtarov və Sahil Abuşovun işi Səadət Xəlilovun işindən ayrılıb. Səadət Xəlilov tək mühakimə olunub.

Səadət Xəlilov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilib.

Cinayət işi üzrə Soltan Əliyev zərərçəkmiş qismində tanınsa da, Səadət Xəlilov iki milyon manatı Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun onlara faizlə verdiyini deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səadət Xəlilov verilmiş ittihamlarla təqsirli bilinərək doqquz il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun həbs müddətini bir il azaldaraq səkkiz ilə endirib. Hökm qalan hissələrdə qüvvədə saxlanılıb.




Paylaş:


Müəllif : Tarix:
15-05-2024, 14:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər