reklam
Regionxeberlericom.az » Araşdırma » İsa Qəmbər qətlə yetirilən müsavatçı haqda DANIŞDI

reklam

İsa Qəmbər qətlə yetirilən müsavatçı haqda DANIŞDI




















Müsavat Partiyasının başqanı İsa Qəmbər qətlə yetirilən müsavatçı, Səbail rayon təşkilatının sədr müavini Natiq Ulubəylə (Mehdiyev) bağlı açıqlama verib.

 Modern.az xəbər verir ki, İsa Qəmbərin sözlərinə görə, Natiq Ulubəy Anadolu Univeristetinin beynəlxalq münasibətlər fakültəsini bitirib. Azərbaycan milli-azadlıq hərəkatının fəal iştirakçılarından olub. Müsavat Partiyasının təşkilatlanması və ideologiyasının yayılmasında böyük xidmətlər göstərib.

 “Müsavat Partiyası olaraq Natiq Ulubəyin qətlindən qəzəbləndiyimizi, hüquq-mühafizə oranlarından qatilin (qatillərin) ən qısa müddətdə müəyyənləşdirilib qanun qarşısında cavab verməsinin təmin edilməsini gözlədiyimizi bəyan edirik”, - I Qəmbər vurğulayıb.

Qeyd edək ki, Müsavat fəalı Natiq Ulubəyin öldürüldüyü ötən gün məlum olub. O, Bakı şəhəri, Xətai rayonunda yerləşən 55 nömrəli məktəbdə gecə gözətçisi işləyirmiş.

1964-cü il təvəllüdlü Natiq Ulubəyin qətlinə görə iş yoldaşı, 1966-cı il təvəllədlü Elsevər Eldar oğlu İslamov saxlanılıb. Elsevər İslamov 55 nömrəli məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) işləyirmiş. O, ixtisasca idman müəllimidir.

Cinayətin başvermə səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.




Paylaş:


Müəllif : Tarix:
15-05-2024, 14:55
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər