reklam
Regionxeberlericom.az » Araşdırma » “Xarkovu ələ keçirmək planımız yoxdur”

reklam

“Xarkovu ələ keçirmək planımız yoxdur”

















“Hazırda Rusiyanın Xarkov şəhərini ələ keçirmək planı yoxdur”.

RegionXəbərləricom.az “Kommersant”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında deyib.

Rusiya qoşunlarının Xarkovla bağlı tapşırıqlarından danışan Putin qeyd edib ki, bu, Rusiya regionlarının atəşə tutulmasına cavab olaraq bufer zona yaratmaq cəhdləridir: “Biz xüsusi hərbi əməliyyat zonasında Rusiyanın sərhədyanı regionları ilə bufer zona yaradırıq. Biz artıq bunu edirik”.

Xatırladaq ki, Rusiyanın Müdafiə Nazirliyi mayın 11-də Xarkov vilayətində bir neçə kəndin Rusiya ordusunun nəzarəti altına keçdiyi barədə məlumat yayıb. Mayın 12-də isə Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun hücumunu təsdiqləyib. “Reuters” agentliyi isə öz mənbələrinə istinadən Rusiyanın Xarkov vilayətində 10 kilometrlik bufer zona yaratmaq istədiyini yazıb.




Paylaş:


Müəllif : Tarix:
17-05-2024, 15:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər