reklam
Regionxeberlericom.az » Cəmiyyət » Mərkəzi Bankda YENİ TƏYİNAT - FOTO

reklam

Mərkəzi Bankda YENİ TƏYİNAT - FOTO
















Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub. 

RegionXəbərləricom.az Banker.az-a istinadən xəbər verir ki, Məhəmməd Məhərrəmli Mərkəzi Bankın Risklərin İdarə Edilməsi Departamentinin Direktoru təyin olunub. 

Qeyd edək ki, Məhəmməd Məhərrəmli 2008-2012-ci illərdə bakalavr təhsilini maliyyə ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunda alıb. Həmçinin 2012-ci ildə Çexiyanın Çarlz Universitetində “Mühasibatlıq və qiymətləndirmə” kursunu bitirib. 

2013-2014-cü illərdə Dövlət Proqramı çərçivəsində Queen Mary London Universitetində Maliyyə ixtisası üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib.

2016-2017-ci illərdə ABŞ-də yerləşən Qlobal Risk Peşəkarları Assossasiyasının (GARP) “Maliyyə risklərinin idarə edilməsi” proqramını bitirib və beynəlxalq FRM sertifikatını alaraq Qlobal Risk Peşəkarları Assossasiyasına üzvlük haqqı əldə edib. 

2012-2013-cü illərdə “Hyatt Hotels Corporation”da auditor, 2014-2018-ci illərdə Azərbaycan Beynəlxalq Bankının Risklərin idarə edilməsi departamentində baş mütəxəssis, 2018-2022-ci illərdə “PAŞA Bank” ASC-nin Bazar Risklərinin İdarə Edilməsi şöbəsinin rəhbəri, 2022-2023-cü illərdə “AccessBank”da Risklərin idarə edilməsi departamentinin direktoru vəzifələrində çalışmışdır. 

Məhəmməd Məhərrəmli 2023-cü ildən Mərkəzi Bankda çalışır. 





Paylaş:


Müəllif : Tarix:
20-05-2024, 11:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər