reklam
Regionxeberlericom.az » Cəmiyyət » Prezident Rəisi ilə birlikdə uçan imam helikopter qəzasından sonra sağ qalıbmış

reklam

Prezident Rəisi ilə birlikdə uçan imam helikopter qəzasından sonra sağ qalıbmış









"İran prezidenti İbrahim Rəisinin qəzaya uğrayan helikopterində olan İranın Təbriz şəhərindəki Cümə məscidinin imamı Seyid Məhəmmədəli Al-Həşimin qəzadan sonra bir saat ərzində huşu özündə olub".

Bunu İranın Kritik Vəziyyətlərin İdarə Edilməsi üzrə Dövlət Təşkilatının rəhbəri Məhəmməd Həsən Nami deyib.

"Təbriz imamı Ayətullah əl-Həşimin meyiti digər qurbanlara nisbətən daha yaxşı vəziyyətdə olub və daha az yanıb. O, helikopter qəzasından sonra bir saat yaşayıb", - deyə Nami bildirib.

O qeyd edib ki, imam hətta İran Prezident Administrasiyasının rəhbəri Qulamhüseyn İsmaili ilə telefonla əlaqə saxlamağa nail olub.

Helikopterdə qalan yeddi nəfər, o cümlədən prezident Rəisinin özü, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin qubernatoru Malik Rəhməti, həmçinin təhlükəsizlik işçiləri və ekipaj üzvləri hadisə yerində ölüblər. Onların meyitlərində ciddi yanıq izləri olub və DNT testi aparılmadan şəxsiyyətlərini müəyyən etmək mümkün olmayıb.

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisinin helikopteri İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olublar.








Mənbə: İMNA




Paylaş:


Müəllif : Tarix:
21-05-2024, 09:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər