Ev alanlar bunlara diqqət etməlidir! - Əlinizdən çıxa bilər...
Mənzil alışı zamanı doğru seçim etmək olduqca vacib nüansdır. Xüsusən, yüksək məbləğ hesabına alınan mənzillərin sahiblərinin sonradan ciddi problemlərlə üzləşməməsi üçün diqqət etməli olduqları məqamlar var.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, bu mövzuda bir neçə faktora diqqət yetirmək lazımdır:
“Bu məsələyə kompleks yanaşmaq tələb olunur. İlk növbədə mənzilin yerləşdiyi binanın sənədlə təmin olunması, təhvil-təslim aktının əldə olunması çox önəmlidir. Çünki əsas sənəd çıxarışdır və çıxarış mülkiyyət hüququnu təsdiq edir. Ona görə də mənzil alan şəxs ya hazır çıxarışa malik olan mənzil əldə etməlidir, ya da elə bil mənzil almalıdır ki, sonradan sənəd alınması problem olmasın. Mənzilin yerləşdiyi bina infrastrukturun inkişaf etdiyi yerlərdə və sıxlıq olmayan ərazilərdə olmalıdır. Eyni zamanda binanın tikinti və inşa keyfiyyəti, inşaat prosedurlarına uyğunluğu nəzərə alınmalıdır. Təbii ki, vətəndaş özü bunu müəyyən etməkdə çətinlik çəkəcək və dünya praktikasında belə bir təcrübə mövcuddur ki, vətəndaşlar ev alarkən konsultinq şirkətlərinə müraciət edir. Mənzilin yerləşəcəyi mərtəbə seçimi isə zövqə görə təyin olunur. Əsas odur ki, mənzilin yerləşdiyi binanın aşınma və söküntü problemi olmasın. Əgər mənzil təmirli formada alınırsa, təmir zamanı istifadə olunan materiallar və təmirin strukturu öyrənilməlidir”.
Vüqar Oruc mənzil alarkən qiyməti nisbətən bazar dəyərindən ucuz təklif olunan əmlakların ciddi araşdırılmalı olduğunu diqqətə çatdırıb:
“Kompleks şəkildə desək, mənzilin yerləşmə yeri, sənəd məsələsi, binanın keyfiyyəti, infrastruktur və bundan əlavə gələcək perspektivdə binanın yerləşdiyi ərazinin inkişaf xətti araşıdırılmalıdır. Bu məsələdə təbii ki, qiymət də önəmli faktordur. İlk növbədə vətəndaş bazarı təhlil etməli və qiymətdə uduzmamağa çalışmalıdır. Bazar dəyərindən nisbətən ucuz satılan mənzillər ciddi araşdırılmalıdır. Çünki bəzi hallarda belə mənzillərin ciddi problemləri meydana çıxır. Alqı-satqı zamanı mütləq şəkildə mansard mərtəbədən imtina etmək lazımdır. Çünki bu mərtəbə yaşayış üçün çox da uyğun deyil. Mansard mərtəbə havanın temperaturuna uyğun sürətlə dəyişdiyi üçün, yaşayış üçün olduqca əlverişsizdir. Digər mərtəbələr isə vətəndaşın öz zövqünə və komfort istəyinə uyğun olaraq seçilir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-05-2024, 14:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər