reklam
Regionxeberlericom.az » Cəmiyyət » Kəmaləddin Heydərov general-mayoru işdən çıxardı - Foto

reklam

Kəmaləddin Heydərov general-mayoru işdən çıxardı - Foto
















Fövqəladə Hallar Nazirliyinin (FHN) Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsində kadr dəyişikliyi baş tutub.

"Qaynarinfo"nun məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Baş İdarənin rəis müavini general-mayor Elmar Hüseynov vəzifəsindən azad edilib və təqaüdə göndərilib.

Qeyd edək ki, 2013-cü ilin dekabr ayında general-mayor rütbəsi alan Elmar Ramiz oğlu Hüseynov uzun illər Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları komandanının birinci müavini vəzifəsində çalışıb.

Elmar Hüseynov keçmiş hərbi komissar, Milli Məclisin sabiq deputatı Əliağa Hüseynovun qardaşı oğludur. O, həmçinin müdafiə nazirinin keçmiş müavini, Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, mərhum Rail Rzayevin kürəkənidir.





Paylaş:


Müəllif : Tarix:
22-05-2024, 00:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər