reklam
Regionxeberlericom.az » Cəmiyyət » Vüqar Bayramov: "Yeni sığorta modeli hazırlanmalıdır"

reklam

Vüqar Bayramov: "Yeni sığorta modeli hazırlanmalıdır"


















"Araşdırmalarda 7 mindən artıq zəlzələnin iqtisadiyyata təsiri qiymətləndirilib. İl ərzində zəlzələlərin qlobal iqtisadiyyata vurduğu ziyan 75 faizi olaraq müəyyənləşdirilib".

Bunu millət vəkili Vüqar Bayramov "Katastrofik Risklərə qarşı Dayanıqlı Maliyyə Sistemi" konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyədə 1999-cu ildə baş verən zəlzələ ümumdaxili məhsulda 0,9 faiz azalmalara səbəb olub:

"Zəlzələnin gətirdiyi risklər maliyyə dayanıqlılığına ciddi mənfi təsir edir. Nəzərə almaq lazımdır ki, zəlzələ daxil olmaqla digər potensial risklərin müəyyənləşdirilməsi model olaraq fərqlidir. Datalar fərqli olduğu üçün ekosistemin dayanıqlığı və maliyyə sisteminin möhkəmliyi baxımdan elmi yanaşma önəmlidir. Çünki dataların əldə edilməklə risklərin proqnozlaşdırılıb yeni sığorta məhsulunun hazırlanmasına ehtiyac var. Yeni sığorta modelinin hazırlanması praktiki yanaşmalarla yanaşı, elmi baxış da tələb edir. Yalnız sığorta şirkətləri deyil, elmi cəmiyyətin də sintezi yeni modelin hazırlanmasına və ölkəmizdə tətbiq edilməsinə gətirib çıxara bilər. Maliyyə sisteminin dayanıqlığı baxımdan yeni sığorta modelinin hazırlanması vacibdir. Ona görə də maliyyə bazarları və maliyyə sisteminin qorunması üçün belə bir məhsulun hazırlanması önəmlidir. Bu, çox uzun zaman alacaq, amma bir yerdən başlamağa ehtiyac var. Qanunvericilikdə bu məqam nəzərə alınmalıdır, eləcə də bu Milli Məclisdə də müzakirə edilməlidir. Hazırkı qanunvericilik mövcud sığorta məhsulları ilə yanaşı, yeni sığorta məhsulunun hazırlanmasını qadağan etmir. Həm iş adamlarının, həm sıravi vətəndaşların, həm də digər sektorun nümayəndələrinin bu fikrə müsbət yanaşacağını düşünürəm".




Paylaş:


Müəllif : Tarix:
22-05-2024, 11:29
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər