reklam
Regionxeberlericom.az » Cəmiyyət » May ayında qarın yağması nəyin XƏBƏRÇİSİDİR?

reklam

May ayında qarın yağması nəyin XƏBƏRÇİSİDİR?















İstilər düşsə belə, may ayında Azərbaycanın bəzi bölgələrinə hələ də qar yağır. Qeyri-sabit keçən hava şəraiti insanlarda təşvişə və narahatlığa səbəb olub. Bir çoxları bu kimi hadisələrin iqlim dəyişikliyinə görə baş verdiyini vurğulayır və əvvəlki kimi fəsillərin hər birinin dadını çıxara bilməməkdən, birbaşa qışdan yaya atlamaqdan narazılıqlarını dilə gətirirlər.

Mayda qarın yağması nəyin xəbərçisidir?

Ekoloq Ənvər Əliyev Bizim.Media-ya bildirib ki, əslində Azərbaycan üçün yağıntı dövrü məhz bu aylarda, yazın sonu, yayın əvvəllərindədir:

"Bütün sinoptik göstəricilər illər ərzində bunu təsdiqləyir. Azərbaycana müxtəlif istiqamətlərdən, xüsusilə Şimal və Qərbdən gələn hava kütlələri yağıntını məhz bu aylarda gətirirlər. Bəzən də deyirlər ki, bütün bunlar iqlim dəyişkənliyinə görədir. Mən bu fikirlərlə razı deyiləm. Çünki iqlim dəyişikliyi min illərin nəticəsidir. Onu əmələ gətirən amillər var. Buna fəsillərin dəyişməsi, yağıntılı və quraqlıq dövrünü aid etmək olar".

Ekoloq qeyd edib ki, yəni mayın yağıntılı keçməsinin fəsillərə aidiyyəti yoxdur:

"Bəzən görürsən ki, 10, 20, hətta 50 il müddətinə yağıntılar azalır, çox seyrəklik olur. Bu, planetin bir çox yerlərində təkrarlanır. Məsələn, Azərbaycandan söz açsaq, ötən il Naxçıvanda apreldən oktyabra qədər 60% yağıntılar qalxmışdı. Bu il də ötən ilə nisbətən yağıntılar hədsiz çoxdur. Yəni təşvişə düşməli heç bir hal yoxdur.

Məsələn, Bakıda qışın bir hissəsi, kiçik çillədə, yəni fevralın əvvəlindən 20-nə qədər quraqlıq oldu. Əslində isə kiçik çillə dövrü ən çox yağıntılı və soyuq vaxt olmalıdır. Amma 2020-2022-ci illərdə də fevral ayı məhz belə yağıntısız olub. Ona görə də yenə deyirəm, narahat olmalı heç bir durum yoxdur".




Paylaş:


Müəllif : Tarix:
22-05-2024, 11:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər