reklam
Regionxeberlericom.az » Cəmiyyət » Əhalinin DİQQƏTİNƏ: ət satışı ilə bağlı ciddi dəyişiklik

reklam

Əhalinin DİQQƏTİNƏ: ət satışı ilə bağlı ciddi dəyişiklik

Xəbər verdiyimiz kimi, Azərbaycanda heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsinə, yaxud ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişan qoyulmasına görə 5 qəpikdən - 5 manatadək dövlət rüsumu tutulacaq.
Nazirlər Kabineti bununla bağlı “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının aparılması qaydaları”nda müvafiq dəyişiklik edib.
Mövzu ilə bağlı Lent.az -a açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, əvvəlcə heyvanların identifikasiya prosesi aparılmalıdır:
 “Yəni, heyvan doğulduğu andan ölənə qədər, eyni zamanda ölkəyə idxal edilən bütün heyvanlar identifikasiya olunmalıdır. Bu elə bir prosesdir ki, bu zaman heyvan doğulanda o qeydiyyata salınır və heyvana vurulan peyvəndlər, keçirdiyi xəstəliklər və bir çox proseslər daima izlənilir. Ətlərin keyfiyyətinə insanların inanması üçün bu baş tutmalı, ilk növbədə bu məsələ həll edilməlidir.

Hazırda ölkədəki heyvanların heç 1 faizinin belə identifikasiyası aparılmayıb”.

E. Hüseynov əlavə edib ki, heyvanların identifikasiya prosesi baş tutduqdan sonra onun üzərinə nişan qoyulmalıdır:

“Düşünürəm ki, bu qərar köhnə baytarlığın vurduğu dairəvi möhürü əvəz edəcək. Ancaq bunu da deyim ki, dairəvi möhürə insanların inamı itmişdi.

Bunu da deyim ki, heyvanların identifikasiya prosesi baş tutsa, bu nişanların önəmi olacaq. Əks halda, bunun dəyişikliklərə səbəb olacağına inanmıram”.

Xatırladaq ki, bir neçə ay əvvəl Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib ki, artıq qurum Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə heyvanların identifikasiyası sahəsində işlərə başlayıb.

Qeyd edək ki, 2018-ci il mayın 31-də “Dövlət rüsumu haqqında” qanuna analoji məzmunda dəyişiklik edilib və qanunda heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsinə və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulmasına görə 5 qəpikdən - 5 manatadək dövlət rüsumu tutulacağı əksini tapıb.

2019-cu il mayın 17-də “Baytarlıq haqqında” qanuna da oxşar məzmunlu dəyişiklik edilib. Prezident İlham Əliyevin 2019-cu il iyunun 14-dəki sərəncamında Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat vermək tapşırılıb. Beləliklə, Nazirlər Kabinetinin son qərarı ilə “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının aparılması qaydaları”nda qanunvericiliyə uyğun dəyişiklik edilib.


Paylaş:


Müəllif : Tarix:
20-09-2019, 17:54
Sikayət   


loading...
Загрузка...