reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bu tələb qanunvericiliyə tamamilə ziddir! - Deputatdan ETİRAZ

reklam

Bu tələb qanunvericiliyə tamamilə ziddir! - Deputatdan ETİRAZ
















Ölkədə minimum əmək haqqı olan işlərdə çalışmaq üçün qoyulan tələblər yüksəkdir. Məvacibin nisbətən yüksək olduğu işlərdə isə magistratura və ingilis dili tələbi ortaya çıxır. Bu isə haqlı narazılıqlara səbəb olur.

Bəs görəsən, bu tələblər həqiqətən vacibdirmi? Nəzərə alsaq ki, universitet bitirənlərin böyük əksəriyyəti magistratura oxumur, bu tələblər nə dərəcədə ədalətlidir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı Tahir Kərimli bildirib ki, iş üçün müraciət edənlərin təhsil dərəcəsi deyil, qabiliyyət və bacarıqları daha önəmli faktordur:

“Biz həmişə təhsillə savadı fərqləndirmişik. İnsan təhsil almaya da bilər, amma savad sahibi ola bilər. Tarixi şəxsiyyətlərimizin içərisində də belələri var. Amma qanunla belədir. Azərbaycan Respublikasının qanunlarında ali təhsil bakalavr təhsili sayılır, burada magistratura təhsili hökm deyil. 

Yalnız bir halda buna fikir verilə bilər, məsələn, iş üçün müraciət edənlərdən biri bakalavr, digəri magistratura bitiribsə, magistr bitirənə üstünlük verilə bilər ki, o daha üstün təhsil dərəcəsi alıb. Amma hər bir halda, iş kiminsə təhsil dərəcəsinə və ya alimliyinə görə həll olunmur. Bu, yalnız hansısa elmi müəssisələrdə əsas şərt ola bilər. 

Əsas olan onların iş qabiliyyətləri, bacarıqlarıdır. İş müsahibələri də məhz buna görə aparılır. Ola bilər ki, bakalavrı bitirmiş şəxs işə daha çox hazırlıqlı olsun, iş təcrübəsi olsun, qabiliyyəti daha yüksək olmuş olsun. Bu halda, rəqibi nəinki magistr, hətta elmlər doktoru olsa da, yenə də bakalavrı bitirənə üstünlük verməlisən, çünki onun iş qabiliyyəti digərlərindən üstündür”. 

O bildirib ki, işəgötürənlərin insanlar arasında təhsil dərəcəsinə görə fərq qoyması qanuna ziddir: 

“Bu cür  süni şəkildə fərq qoymalar bəhanədir və Azərbaycan qanunvericiliyinə tamamilə ziddir. Belə şeylərdən çəkinmək lazımdır, bu, doğru deyil. İnsanlar elmi və təhsil dərəcələrinin üstünlüyü ilə öyünə bilərlər, amma iş qabiliyyəti əsasdır. Elə iş ola bilər ki, orada peşə təhsili daha üstündür, nəinki magistr. Müsahibə mərhələlərində qabiliyyət nəzərə alınmalıdır, ixtisas dərəcələri yox. Bu, bütün sahələrdə belədir”. 




Paylaş:


Müəllif : Tarix:
23-05-2024, 15:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər