“Deyir ki, Anar getsin, evində ölsün” - Deputatdan sərt açıqlama
"İnsan yaşlaşanda ağlı qaçmır ki, əksinə, daha da müdrikləşir. Azərbaycanda ağsaqqal anlayışı önəmlidir. Bu yaxınlarda Anarın heç bir kitabını oxumayan birisi deyir ki, “Anar getsin, evində ölsün”. Sənin valideynin barədə bir başqası belə desə, xoşuna gələr?"
Bu sözləri YAP-çı deputat Siyavuş Novruzov deyib. O, Modern.az saytına müsahibəsində qocaman deputatların yenidən namizəd olmasına etiraz edən adamlara cavab verib:
"Dünən ortaya çıxan, bir sətir yaza bilməyən, mübtəda ilə xəbərin yerini itirən adamlar Azərbaycanın məşhur bəstəkarlarına, rəssamlarına, alimlərinə yaş iradı tutur. Onlar bu yaşa qədər enişli-yoxuşlu yollar keçiblər, çalışıblar.
Ona görə də insanları yaşa görə dəyərləndirmək düzgün deyil. Parlamentdə 70-75 yaşlı elə deputatlar var ki, oradakı gənc həmkarlarından qat-qat səmərəli fəaliyyət göstərir, həm dövlətə, həm seçicilərə, həm də Milli Məclisə xidmət edirlər".
Paylaş:
Müəllif : Fuad
Tarix:24-05-2024, 10:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər