reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanda analoqu olmayan gömrük rüsumları

reklam

Azərbaycanda analoqu olmayan gömrük rüsumları
















“Analoqu olmayan gömrük rüsumları: HDD 5%, SSD 15%... Ağlasığmaz olsa da reallıq belədir. DGK müasir olan üçün daha yüksək rüsum, köhnə olan üçün daha az rüsum alır”. 

Bunu informasiya texnologiyaları üzrə mütəxəssis Osman Gündüz deyib. Onun sözlərinə görə, uzun illərdir ki, texnologiyalar sahəsində ixracla məşğul olan yerli şirkətlərimiz qonşu ölkələrdə bu tip rüsumların ümumiyyətlə mövcud olmaması, bizdə isə nəinki mövcud olması , hətta hədsiz yüksək olmasından danışırlar.

“Düşündüm ki, gömrükdə rəhbərlik dəyişiləndən, islahatlar elan olunandan sonra yəqin nəsə dəyişikliklər ola bilər.

Bu fikirlə bir qədər texnoloji avadanlıqların gömrük rüsumlarını, “Malların nomenklaturasını”, onların kodlarını və mövcud tariflərini bir qədər araşdırdım.

Və hədsiz dərəcədə təəccüblənib, məyus oldum.

İlk öncə diqqətimi cəlb etdi ki, bu nomenklatura sanki 50-60-70-ci illərdə hazırlanıb. Malların , avadanlıqların adları məhz həmin dövrlərə uyğundur.

Təsnifatlaşdırma isə kökündən yanlışdır. Yəni müasir olan üçün, innovativ olanlara daha yüksək tariflər müəyyən olub, köhnələr üçün aşağı tariflər hesablanıb.

Məsələn, illərdir ki, daha müasir sərt disk olaraq SSD disklərdən istifadə edilir. Onlar üçün qəliz bir təsnifatlama aparılıb və 15% gömrük rüsumu müəyyən edilib. Amma 50 il bundan öncədən başlanıb istifadə edilən HDD üçün 5% gömrük rüsumu müəyyən edilib.

Bunun bir məntiqi izahı varmı görəsən? Güman ki, bizim ixracla məşğul olan şirkətlərimiz də bu cür anlaşılmaz və absurd gömrük rüsumlarına görə məhz köhnə texnologiyaları ölkəyə daşımaqda maraqlıdırlar. Yaxud da təzələrini daha yüksək qiymətə təklif edirlər.

Düşünürəm ki, DGK tez bir zamanda bu mal nomenklaturasını köklü surətdə yenidən işləməli, gömrük rüsumlarına yenidən baxılmalı, müasir texnoloji tendensiyalar nəzərə alınmalı və daha çevik və inkişafa dəstək verə biləcək bir layihə hökumətə təqdim edilməlidir.

Hökumət isə nəzərə almalıdır ki, qonşu ölkələrdə yanaşma tam fərqlidir, bu tip texnoloji avadanlıqlara onlarda gömrük rüsumları tətbiq olunmur.

Odur ki, onların daha müasir olan texnologiyalara əlçatanlığı bizdən daha yükəskdir. Onlar daha çox rəqabətə davamlıdırlar. Güman ki məhz bu səbəbdən son zamanlar sanksiya altında olan Rusiya bazarlarına texnologiyalar məhz qonşulardan , Ermənistan və Gürcüstandan və s. digər qonşularımızdan daşınır. 

Yəni, onlar nəinki bizdən ucuz alırlar, həm də ucuz alıb qonşulara da satırlar . Ümid edirəm qərar qəbul edənlərimiz bunları nəzərə alacaqlar”.




Paylaş:


Müəllif : Tarix:
24-05-2024, 16:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər