reklam
Regionxeberlericom.az » Cəmiyyət » Fazil Mustafa məhkəməyə məktub göndərdi - Mətn

reklam

Fazil Mustafa məhkəməyə məktub göndərdi - Mətn
















Millət vəkili Fazil Mustafa cinayəti ilə bağlı məhkəmə araşdırması davam edir.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin hazırki mərhələsində iş materialları tədqiq olunur.

Bugünkü iclasda sənədlərə baxışdan əvvəl təqsirləndirilən Səbuhi Şirinovun vəkili Elçin Sadıqov iş üçün əhəmiyyət kəsb edən bir neçə videolinkin sənədlərə əlavə edilməsi barədə vəsatət verib.

Elnur Nuriyevin sədrlik etdiyi hakim heyəti tərəfindən həmin vəsatət təmin edilib. 

Prosesin davamında Fazil Mustafanın nümayəndəsi vasitəsilə məhkəməyə məktub göndərdiyi elan edilib.

Zərərçəkmiş deputat məktubunda yazır ki, şəxsinə qarşı terror aktı onun siyasi fəaliyyəti ilə bağlıdır. Amma təqsirləndirilən şəxslərin heç birini tanımır: “Mən özüm dini inancları olan adamam. Hesab edirəm ki, mənə qarşı terror aktı təqsirləndirilən şəxslərin dedikləri ilə bağlı yox, mənim siyasi fəaliyyətim və dünyagörüşümlə bağlıdır. Hadisədən sonra istintaqa ifadə vermişəm. Dediklərimi də təsdiq edirəm. Həmin vaxt da geniş danışmışam. Mənim  ölkəmizdə terrorçuluq fəaliyyəti həyata keçirmək istəyən erməni-İran terrorçularına qarşı çıxışlarım olub. Misal kimi elə Azərbaycanın İrandakı Səfirliyində terror aktı… Bütün bu olanların əsas məqsədi də ölkəmizdə din pərdəsi altında əmin-amanlığı, sabitliyi pozmaqdır”.
















Daha sonra təqsirləndirilənlər- Səbuhi Şirinov və Rəşad Əhmədovun ibtidai istintaq vaxtı müstəntiqə verdikləri ifadələri elan edilib. 

Səbuhi Şirinov əvvəlki ifadəsində deyib ki, həmin cinayəti pul qarşılığında törədib. Rəşad Əhmədov isə bu işə Azər Səricanov vasitəsilə qoşulduğunu deyib. O, Səricanovla razılaşmasının səbəbini Fazil Mustafanın dinə qarşı çıxışları ilə əlaqələndirib. 

Digər təqsirləndirilənlər - Elşad Əsgərov və Emin Əliyarov istintaqa verdikləri ifadəni təsdiq ediblər.

Proses gələn həftə davam edəcək.

Qeyd edək ki, hadisə ötən ilin martında baş verib. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb.

Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Azər Səricanov, Səbuhi Şirinov, Rəşad Əhmədov, Elşad Əsgərov və Emin Əliyarov tutularaq istintaqa təhvil veriliblər. 

Onların hər biri haqda həbs qətimkan tədbiri seçilib.

(Qafqazinfo)




Paylaş:


Müəllif : Tarix:
25-05-2024, 12:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər