reklam
Regionxeberlericom.az » Cəmiyyət » Qubanın turistik əhəmiyyətli kənd yolunda çökmələr yaranıb, “Azəravtoyol” “məlumatlıyıq” deyir

reklam

Qubanın turistik əhəmiyyətli kənd yolunda çökmələr yaranıb, “Azəravtoyol” “məlumatlıyıq” deyir

















Quba rayonundakı Rustov-Xanəgah-Gürdəh avtomobil yolunda çökmələr yaranıb, asfalt örtüyü sıradan çıxıb, sakinlər sürüşmə təhlükəsindən narahatdır.

Adıçəkilən ərazidə olan “Report”un Şimal bürosunun əməkdaşına bu barədə yerli sakinlər məlumat veriblər.

Rayonda yolların yenidən qurulması məqsədilə icra olunan genişmiqyaslı işlər çərçivəsində Rustov-Xanəgah-Gürdəh avtomobil yolu inşa edilərək əhalinin istifadəsinə verilsə də, layihənin tamamlanmasından qısa müddət keçməsinə baxmayaraq, həmin yolun bəzi hissələri artıq istismar üçün yararsız hala düşüb.

Qeyd olunan ərazinin sakinləri bildiriblər ki, yolda yaranmış kiçik yarğanlar avtomobillərin hərəkət etməsinə ciddi problem yaradır. Yolun dağılmış hissəsində artan sürüşmə təhlükəsi sakinlərin ciddi narahatlığına səbəb olub.

Dördüncü texniki dərəcəyə aid, ikizolaqlı, hərəkət hissəsinin eni 6 metr, ümumi uzunluğu 13 kilometr olan Rustov-Xanəgah-Gürdəh avtomobil yolunun Xanəgah kəndi ərazisində gecə saatlarında hərəkət edən sürücülərin yaranmış çökmələrdən və yarğanlardan yayınmaları çətinləşir, bu isə nəqliyyat vasitələrinin sıradan çıxmasına səbəb olur.

Bəhs edilən yolun həm kənd təsərrüfatı, həm də turistik baxımdan əhəmiyyətli olduğunu nəzərə aldıqda, bu problemin ciddiliyi haqda təsəvvür yaranır.

Yerli sakinlər iddia edirlər ki, onların problemin aradan qaldırılması üçün aidiyyatı qurumlara ünvanladıqları davamlı müraciətlərə diqqət yetirilmir.

Bu məsələyə dair “Report”un yerli bürosuna açıqlama verən “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat katibi Anar Nəcəfli bildirib ki, sözügedən yerli əhəmiyyətli yolda yaranmış problemlə bağlı qurumun məlumatı var. “Əraziyə müvafiq baxış keçiriləcək. Nə problem varsa, aradan qaldırılacaq, - A.Nəcəfli qeyd edib.





Paylaş:


Müəllif : Tarix:
25-05-2024, 12:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər