Arxiyepiskop Ermənistanın baş naziri postuna namizəd oldu
Arxiyepiskop Baqrat Qalstanyan “Vətən uğrunda Tavuş” hərəkatından Ermənistanın baş nazirliyinə namizəd elan edilib.
Bunu şərqşünas Qurgen Melikyan İrəvanda keçirilən mitinqdə deyib.
“Bizə məsuliyyət daşıyan, hər kəsi birləşdirə bilən, insan həyatının, sülhün qədrini bilən bir insan lazımdır”, - Melikyan deyib.
Bundan əvvəl Qalstanyan özü çıxış edərək hərəkatın üçüncü, son mərhələyə çatdığını bildirib. Namizədliyi irəli sürdükdən sonra Qalstanyan belə bir vəzifə tutmağa can atmadığını, lakin mübarizənin buna gətirdiyini bildirib:
“Mən heç vaxt məsuliyyətdən yayınmağa çalışmamışam. Namizədliyimlə bağlı geniş dairələrin gözləntilərini nəzərə alaraq, bütün ermənilərin katolikosu ilə müzakirə etdim və qərara gəldik ki, xidmətimi və baş nazirliyimi birləşdirə bilmərəm”.
Bu səbəbdən o, katolikosdan 30 illik dini xidmətini dondurmağı xahiş edib.
Xatırladaq ki, Ermənistanda etirazlar aprelin 19-da Bakı və İrəvanın sərhədin delimitasiyasına Tavuşdan başlamağa razılaşdığı məlum olduqdan sonra başlayıb. Mayın 9-da Tavuşdan İrəvana yürüşə rəhbərlik edən Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan baş naziri istefaya çağırıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-05-2024, 20:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər