reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanda İLK DƏFƏ: Avtomobillərin QİYMƏTİ KƏSKİN UCUZLAŞDI

reklam

Azərbaycanda İLK DƏFƏ: Avtomobillərin QİYMƏTİ KƏSKİN UCUZLAŞDI
















Avtomobil bazarında son illər ilk dəfə qiymət azalmaları müşahidə olunub. Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Mərkəzin keçirdiyi monitorinqə əsasən, ucuzlaşma əvvəlki dövrdə taksi kimi istifadə edilən bir sıra avtomobillərin kütləvi satışa çıxarılması ilə bağlıdır. 10 min manatadək olan avtomobillərin qiyməti aprel ayında 8.2 faiz azalıb. Amma Ai-95 markalı benzindən istifadə edən və daha bahalı avtomobillərə tələbin azalması müşahidə olunsa da, həmin avtomobillərin qiyməti dəyişməyib.

Bu tendensiya hansı müddətə qədər davam edəcək?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, bazardakı durğunluğun yanacaq qiymətləri ilə heç bir əlaqəsi yoxdur:

“Avtomobil satışı və qiymətlərindəki durğunluğun yanacaqla əlaqədar olduğunu düşünmürəm. Çünki indiyə qədər, yaxın bir neçə ildə avtomobillər üçün satılan Ai-92 və Ai-95 markalı benzinlərin qiyməti dəyişməyib. Bu isə avtomobil bazarına heç bir təsir etməyib.

Təbii ki, ehtiyacı olan öz avtomobilini yanacaqdan asılı olmayaraq sürəcək. O ki qaldı taksidə istifadə olunan maşınların kütləvi şəkildə bazara çıxarılmasına, bunun da durğunluğa birbaşa təsir etdiyini düşünmürəm. Belə avtomobillər uzaq məsafələr və yolsuzluq şəraiti üçün əlverişsizdir”. 

Ekspert buraxılış ili nisbətən gənc olan avtomobillərin idxal qiymətlərinin son dövrlər bahalaşdığını da qeyd edib:

“Söhbət kütləvi alıcılıqdan gedir. Bu zaman qiymət minimal olaraq 15-25 min manat arası alıcılıq qabiliyyəti nəzərdə tutulur. Amma son dövrlərdə təxminən 10 yaşdan aşağı olan avtomobillərin idxal qiyməti sahibkar üçün 22-26 manata başa gəlir. Bu meyarlar qiymətə ciddi təsir edir. Hazırda bazarda ən çox tələb olunan avtomobillər qiyməti 5-15 min manat arası olanlardır. Digər tərəfdən, bəzi avtomobil modellərinə tələbatın azaldığını da görmək olar. Lakin ölkədə avtomobilə kifayət qədər tələbi var. Hələ də tələb təklifi üstələyir. Çünki təklif tələbdən çox olarsa, bazar qaydalarına uyğun olaraq qiymət düşməlidir”.




Paylaş:


Müəllif : Tarix:
27-05-2024, 11:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər