reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycan istehsalı olan 10 ədəd minatəmizləmə maşını əməliyyatlara cəlb edildi

reklam

Azərbaycan istehsalı olan 10 ədəd minatəmizləmə maşını əməliyyatlara cəlb edildi


















"İmprotex" Şirkətlər Qrupu tərəfindən "Made in Azerbaijan" brendi altında istehsal olunan daha 10 ədəd "Revival P" mexaniki minatəmizləmə maşınları Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) təhvil verilib.

RegionXəbərləricom.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ANAMA-dan bildirilib.

Məlumata görə, beynəlxalq minatəmizləmə standartlarına əsasən, mexaniki minatəmizləmə vasitələri piyada və tank əleyhinə mina xətlərinin aşkar edilməsi, ərazilərin təmizlənməsi üçün sahələrin hazırlanması, minaaxtaran itlərin dəstəyi ilə şübhəli-təhlükəli ərazilərin təmizlənməsi məqsədilə istifadə edilir:

"Minatəmizləmə metodologiyalarından biri olan mexaniki minatəmizləmə vasitələri əməliyyatların səmərəli və təhlükəsiz yerinə yetirilməsi baxımından ən başlıca vasitələrindən biridir.

"Revival P" piyada əleyhinə mexaniki minatəmizləmə vasitələri 7 kiloqramlıq TNT partlayışlarına qarşı dayanıqlıdır. Texnikanın toplam çəkisi 6,5 ton, uzaqdan idarəetmə məsafəsi 2000 metrdir. Təmizləmə dərinliyi 300 mm təşkil edən maşınlar sərt torpaq örtüyü olan ərazilərdə və böyük meyl bucağı altında rahat idarə edilir. Müəyyən edilmiş standartlar əsasında mexaniki vasitələrin ön hissəsində yerləşdirilən toxmaqlar vasitəsilə torpağın döyəclənməsi çətin ərazi relyefində əməliyyatların aparılmasını təmin edir. Maşınların uzaqdan idarə olunması heyətin təhlükəsizliyinə zəmanət verir.

Əldə edilən "Revival P" minatəmizləmə vasitələri "Böyük Qayıdış" proqramı çərçivəsində icra edilən bərpa-quruculuq, habelə keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz geri dönüşü məqsədilə həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə böyük töhfə verəcək".





Paylaş:


Müəllif : Tarix:
27-05-2024, 12:26
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər