reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bu dəfə özümüzdən... - Azərbaycanda ilk

reklam

Bu dəfə özümüzdən... - Azərbaycanda ilk

















Azərbaycan istehsalı olan 10 ədəd yeni minatəmizləmə maşınları Qarabağda əməliyyatlara cəlb olunub.

Söhbət “Revival P” texnikalarından gedir.

Belə ki, sözügedən maşınlar artıq ANAMA-nın işçilərinə təhvil verilib.

Məlumat üçün qeyd edək ki, “Revival P” işğaldan azad olunan ərazilərdə minatəmizləmə işlərini həyata keçirəcək ilk yerli istehsal olan texnikalarıdır. 


















Onu da deyək ki, “Revival” qurğuları uzaqdan idarə oluna bilən və operatorun təhlükəsizliyini təmin edən, ən müasir texnologiyaya əsaslanaraq güclü mühərrik və xüsusi avadanlıqlarla təchiz edilmiş piyada və tank əleyhinə minatəmizləmə maşınlarıdır.

















Onlar eyni zamanda, xüsusi dizaynı sayəsində ətraf mühitə minimal ziyan vurmaqla səmərəli işi təmin edir. 

Bu texnikaların minatəmizləmə qabiliyyəti saatda 2500 kvadratmetr, işləmə sürəti isə saatda 0.5-1.5 kilometrdir.

Onların 7 kq TNT-yə bərabər partlayışa davamlılıq qabiliyyətinin olması artıq öz təsdiqini tapıb.

















Qeyd edək ki, bundan öncə işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi prosesinə Slovakiya istehsalı olan “Bozena-5”, Türkiyə istehsalı “MEMATT” texnikaları da cəlb olunub. Azərbaycan “Bozena-5”i  2008-ci ildə əldə etmişdisə, “MEMATT” Vətən müharibəsindən sonra ölkəmizə gətirilib.




Paylaş:


Müəllif : Tarix:
28-05-2024, 08:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər