reklam
Regionxeberlericom.az » Cəmiyyət » Qurban bayramına “sürpriz” hazırlıq: Ət bahalaşır

reklam

Qurban bayramına “sürpriz” hazırlıq: Ət bahalaşır
















16-17 iyunda ölkəmizdə  Qurban bayramı qeyd olunacaq.

Bayramın gəlişinə iki həftədən də çox qalmasına baxmayaraq artıq heyvan bazarında qiymətlərin artacağı müşahidə olunur. Məsələ ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli “Cebhe.info”-ya deyib ki, bayram ərəfəsində heyvan ətinin bahalaşacağı gözləniləndir: 

“Çünki məqsədyönlü şəkildə qurbanlıq üçün sürətli alışlar başlayır. Ətə tələbat artır və buna görə də qiymətlər müəyyən qədər qalxır. Bu, əsasən özünü topdansatış bazarında göstərir. Məsələn, topdansatış bazarında 23-25 manata qədər bahalaşma müşahidə etmək mümkündür. Amma bu, daxili bazarda satılma təyinatı ilə alınan heyvanlara bir qədər az təsir edəcək”. O həmçinin iribuynuzlu heyvanların qiymətində artımın bir o qədər də müşahidə olunmayacağını söyləyib: “O sahədə bir qədər pərakəndə satışda bahalaşma müşahidə oluna bilər. Çünki qurban kəsə bilməyən adamlar bayram günü 3-5 kiloqram ət alır.

Qəssablar da qiymətlərdə müəyyən qədər artım edirlər. Ancaq satış tempi aşağı düşdüyünü gördükdə məcbur olaraq daha aşağı qiymətə təklif edəcəklər”. Ekspert qeyd edib ki, Azərbaycanda daxili bazarda müəyyən dövrdə ət qıtlığı yaşanıb: “Hazırda tələblər azalsa da, təklif çoxalıb. Məsələn, yanvar ayından indiyədək, yəni bu ilin ilk beş ayında qoyun ətinin topdansatış qiyməti təxminən 1-1,5 manat, bəzi növləri isə hətta 2 manat bahalaşıb. 6 aylığa qədər olan quzu ətinin qiyməti hazırda 22-23, bəzi hallarda isə 25 manatdır. Toğlu - yəni yetkin qoyun əti əvvəl 18 manata satılırdısa, indi 19 manata təklif olunur. Yaşı daha çox olan qoyun ətinin qiyməti isə bir qədər ucuzdur. Onun bir kilosu 12-13, bəzən isə 15 manata satılır”. 




Paylaş:


Müəllif : Tarix:
28-05-2024, 20:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər