reklam
Regionxeberlericom.az » Cəmiyyət » "BAZARSTORE" -dən şikayətlər bitmir - Rəfdə bir qiymət, kassada başqa... FOTO

reklam

"BAZARSTORE" -dən şikayətlər bitmir - Rəfdə bir qiymət, kassada başqa... FOTO














Bu şəkilləri indicə Hövsan Mida-2-dəki "BAZARSTORE" supermarketində çəkmişəm. Gördüyünüz kimi, "Saville" vermişelinin qiyməti məhsulun altında 1.15 AZN göstərildiyi halda, kassa qəbzində 1.62 AZN olub. Biz də o qədər ödəmişik.

Bu hala həmin marketdə dəfələrlə rast gəlmiş, etirazımı bildirmişəm. Amma həyasızcasına cavab verirlər ki, rəfdəki qiymət başqa məhsula aiddir. "Başqa məhsul" isə orada yerli-dibli yoxdur.

Lakin marketdə işləyən həyasızların buna da cavabı var: "Həmin məhsul qurtarıb".

Yaxşı, həmin məhsul qurtarıbsa, qiyməti niyə orada qalıb? Həm də digər, qiyməti daha baha olan məhsulun altında...

O gün bir nataraz kassir qız hətta məni savadsızlıqda suçlayıb dedi ki, oxumağı bacarmıram. Nadir Qocabəyli oxumağı bacarmırmış...

Aidiyyatlı qurumlardan tədbir görmələrini tələb edirəm. Nəhayət, göstərin ki, bu ölkədə dövlət və hökumət var.

Təkcə bayraq ucaltmaqla və bayram keçirməklə dövlət olmur. Dövlət hər şeydən öncə qanunlar və hüquq deməkdir.

Di göstərin görək...

Nadir Quliyev (Qocabəyli)





Paylaş:


Müəllif : Tarix:
30-05-2024, 13:56
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər