74 yaşlı modelyer görünüşü ilə hamını heyrətləndirir - Heç kəs inanmır
74 yaşlı modelyer Vera Vanqın sosial şəbəkədəki paylaşımı qısa zamanda İnstaqramda trend mövzusuna çevrilib.
900 mindən çox izləyicisi olan Vera Vanq hovuz başında çəkdirdiyi fotoları sosial şəbəkə hesabında paylaşıb. Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti 74 yaşlı modelyerin gənc görünüşünə təəccüblənib.
Fanatları modelyerin paylaşımına “O, vaxtı dayandırıb” və “Sən necə belə görünürsən?” kimi şərhlər yazıb və heyrətlərini bildiriblər.
Fiziki görünüşü sayəsində həmyaşıdlarına meydan oxuyan Vera Vanq 2022-ci ildə “BBC 100 Qadın”a verdiyi müsahibədə yaşlanma əleyhinə sirrini paylaşıb:
"19 yaşımdan moda içindəyəm. Kamera qarşısında yox, arxasındayam. Hər gün dünyanın ən gözəl qadınları ilə işləyirəm və mən onları ilham mənbəyim kimi görürəm. Bu, yaşlanmanın öhdəsindən gəlmək üçün məhsuldar bir yol ola bilər”.
Qidalanma rejimi haqqında açıqlama verən modelyer heç də sağlam qidalanmadığını etiraf edib:
"Hər gün fast-food yeyirəm. Mən kremlə doldurulmuş, şəkərlə örtülmüş şirniyyatı çox sevirəm. Düşünürəm ki, işləmək insanı gəncləşdirir və həyəcanlandırır. Çox uzun saatlar işləyirəm, iki qız böyütmüşəm. Mənə elə gəlir ki, nə iləsə məşğul olmaq sağlamlıq üçün ən yaxşı şeydir. Bu, yaşlanma əleyhinə əla padzəhrdir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-05-2024, 21:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər