Naxçıvan və Dərələyəzdən sərhəd ipləri belə çəkilir: İyun ayı son tarixdir
Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Azərbaycanla Ermənistan arasında Qazax rayonu istiqamətində delimitasiya və demarkasiyadan sonra proseslərin digər sərhəd xətti boyunca davam etməsi ehtimalından danışılır. Mübahisəli sərhəd xətti fonunda bu istiqamətdə qarşıya qoyulacaq hədəflərin hansı şərtlər daxilində reallaşması mümkün görünür?
- Delimitasiya və demarkasiya prosesinin Qazaxdan başlaması normal idi. Burada söhbət mübahisəsiz ərazilərdən getmir. Tarixi və danılmaz faktlar var. Qazaxın işğal altında olan 7 kəndindən anklav olmayan 4 kəndi təhvil verildi. Digər 3 kənd isə anklav olaraq qalır. Bunun da başqa reallıqlar fonunda həlli mümkündür. Çünki 1984-cü ildə Azərbaycan torpaqlarının 600 hektarı Şamil Rasizadənin (Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini) imzası ilə ermənilərə verilib. O vaxt bu sənədləri sonradan üzə də çıxartmışdılar. Qazaxın həmin kəndləri ermənilərə verildiyinə görə, anklav oldu. Amma həqiqətdə anklav kəndlərin ətrafında olan torpaqların hamısı Azərbaycana məxsusdur. Qeyri-qanuni olaraq zaman-zaman ermənilərə verilmiş torpaqlardır.
- Sizcə ermənilərin inzibatı sərhədlərin dəqiqləşməsi ilə bağlı narahatlığına səbəb nədir?
- İndi ermənilər məcburdurlar ki, inzibati sərhdələrini təyin etsinlər. Narahatdırlar ki, Azərbaycan birdən əvvəlki dövrlərin xəritələrini istəyə bilər. Ona görə də, 1991-ci ilin Almatı razılaşmasını elə-belə gündəmə gətirmirlər. Əslində isə Azərbaycan 114 min kv km-lik ərazisinin bərpasını tələb etməlidir. 1920-ci ilin aprelində keçmiş Sovet imperiyası Azərbaycanı hansı ərazilərlə işğal edibsə, həmin torpaqları tələb etməliyik. Nikol Paşinyan da bunu dərk etməyə çalışır. Ona görə də, bir növ bu cür yollarla aranı sakitləşdirmək istəyir.
- Zəngəzur-Dərələyəz istiqamətində sərhədlərin delimitasiyasına başlanılması ilə bağlı iddialar səslənir. Sizcə, sərhədin bu istiqamətində Azərbaycanı qane edəcək razılaşma şərtləri necə olacaq?
- Dərələyəzin Azərbaycana tərəf olan hissəsi və ya Naxçıvanla sərhədin müəyyənləşdirilməsi məsələsi var. Çünki Nüvədi kəndi həmin ərazidən 26 km uzaqlıqda yerləşir. Bunu isə sonradan Ermənistana veriblər. Nüvədi kəndi vaxtilə Cəbrayıl qəzasına tabe olub. Zəngilan rayonunun bir kəndi də Nüvədi idi. Məhz bu məsələlər yenidən qaldırılmasın deyə erməni tərəfi əl-ayağa düşüb. Çünki sərhədin İran sərhədindən, yəni Ağbənddən delimitasiyasına başlanılsa, bu, Ermənistanın iddialarına uyğun gəlməyəcək. Çalışacaqlar ki, Şükrataz yüksəkliyinə qədər ərazinin inzibati ölçüləri müəyyənləşsin. Qubadlı, Laçın sərhədində isə dəqiqləşmələr zamanı problemlərin olması mümkündür.
- Hər iki tərəfdən sülhlə bağlı müsbət proqnozlar və açıqlamalar verilir. Belə olan halda qısa zamanda sülh razılaşmasının əldə ediləcəyi nə dərəcədə inandırıcı görünür?
- Sülhlə bağlı gözləntilər fərqlidir. Əslində bunun bir qədər tez olması gözlənilən məsələdir. Ermənistan uzağı iyun ayında sülh müqaviləsini imzalamağa çalışır. Oktyabrda Gürcüstanda seçkilər olacaq. Azərbaycanda ola bilsin ki, avqust ayında parlament seçkiləri keçirilsin. Ona görə də, Ermənistan çalışacaq iyun ayının sonuna qədər sülh sazişinə imza atsın. İrəvanın ayrı yolu da qalmayıb. Proses uzandıqca Ermənistan daxilində gərginlik artır. Siyasi sabitlikdən ötəri mütləq ki, sülh müqaviləsi imzlanmalıdır.
Paylaş:
Müəllif : Fuad
Tarix:31-05-2024, 08:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər