reklam
Regionxeberlericom.az » Cəmiyyət » Zatulin Azərbaycana qarşı inanılmaz HƏYASIZLIQ

reklam

Zatulin Azərbaycana qarşı inanılmaz HƏYASIZLIQ
















Rusiya Federasiyası Dövlət Dumasının deputatı, MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin yenə Azərbaycan əleyhinə danışıb.  

Modern.az saytı xəbər verir ki, Konstantin Zatulin Moskvada keçirilən “Lazarev klubu”nun 6-cı iclasında əvəlcə son günlər Ermənistanda baş verən hadisələrə, o cümlədən keşiş Baqrat Srbazanın rəhbərlik etdiyi etiraz aksiyalarına münasibət bildirib, baş nazir Paşinyanı ittiham edib.

O bildirib ki, bu gün Ermənistanda Paşinyan hakimiyyəti iki şeyə - hüquq-mühafizə orqanlarının repressiyalarına və erməni xalqına aşılanan “Paşinyan olmasa, müharibə başlayacaq” qorxusuna söykənir. 

Konstantin Zatulin sonrakı açıqlaması ilə bir daha təsdiqləyib ki, Azərbaycanın Qarabağın dağlıq hissəsinə nəzarəti tam ələ almasını heç cür həzm edə bilmir. 

Rusiyalı deputat həyasızcasına bildirib ki, guya Qarabağ ərazisindəki “erməni kilsələri” albanlaşdırılır. Zatulin Azərbaycanda yaşayan udinlərin Qarabağdakı alban kilsələrinin qanuni varisləri kimi təqdim edilməsinə qarşı çıxıb. O bildirib ki, Qarabağdakı alban kilsələri guya, əslində, erməni kilsələridir. 

K.Zatulin Kəlbəcər rayonu ərazisindəki Xudavəng monastırı barədə də danışaraq, erməni təəssübkeşliyini daha da qabardıb. 

“2020-ci ildə sülhməramlılarımız Qarabağa daxil olarkən, erməni tərəfinin xahişi ilə Dadivank monastırında (Xudavəng monastırını nəzərdə tutur – red.) xüsusi post yaradılmışdı. Erməni tərəfi bu monastırın qorunub saxlanmasının vacibliyində təkid edirdi. Bu gün bilirsiniz ki, artıq orada sülhməramlıların postu yoxdur və bu monastırın adı artıq dəyişdirilib, Azərbaycan transkripsiyasında başqa adla gedir. Bu, mədəni və tarixi irsə qarşı birbaşa cinayətdir və hesab edirəm ki, məsələ mütləq bizim yekun bəyanatımıza daxil edilməlidir”, - deyə rusiyalı deputat sərsəmləyib.

Konstantin Zatulinin sərsəmləməsinə münasibət bildirən siyasi ekspert Elxan Şahinoğlu bildirib ki, Rusiya Dövlət Dumasının deputatı Azərbaycana qarşı ənənəvi təxribatçı fikirlərindən əl çəkmək istəmir.

“Ümumiyyətlə Rusiya ilə Ermənistanın birgə təsis etdikləri “Lazarev klubu” erməni separatizminə və “Qarabağ klanı”na dəstək verən başlıca müzakirə platformasıdır. Zatulin deyib ki, guya Qarabağ ərazisində “erməni kilsələri” albanlaşdırılır. Amma həmin kilsələr elə əvvəldən də alban kilsələri idi. Zatulin “erməni kilsələrinin albanlaşdırılmasını” tarixi irsə “cinayət” kimi qiymətləndirməklə böyük səhvə yol verir”.

E.Şahinoğlu deyib ki, Zatulinin erməni kilsəsi haqqında danışması təsadüfi deyil. 

“Görünür, Zatulin erməni kilsəsinin “irsi” haqqında danışmaqla bu gün İrəvanda hakimiyyətlə kilsə arasındakı mübarizədə ikinciyə dəstəyinə işarə etmiş olur. Zatulin hiyləgər və təhlükəli siyasətçidir. “Rusiyanın Xankəndidə konsulluq xidmətinin açılması” təklifinin ideya müəllifinin də Zatulin olduğuna təəccüb etmərəm, sadəcə, mövzunu həmkarı Qriqori Karasin vasitəsilə gündəmə gətirib ki, bu, Azərbaycanda etiraz doğurmasın”. 

ReAl Partiyasının icraçı katibi Natiq Cəfərli deyib ki, Konstantin Zatulin 2-3 dəfə Nikol Paşinyanı təhqir etdi deyə, Bakıdakı bəzi "ekspertlər" az qala onu Azərbaycanın dostu elan etdilər. 

“Onu Azərbaycanın dostu elan edənlərin arasında bəzi deputatlar da var idi. Amma rusların xisləti dəyişməz, ümumiyyətlə, Rusiyanı son 4 ildə urvatsız etdiyimiz addımlara görə bizə cavab verməyə çalışırlar - Xankəndidə konsulluq istəyi də bu qəbildəndir. Rusiya Qarabağdakı separatçı rejimin dövründə Xankəndi və ərtafında yaşayan ermənilərə pasport paylayıb. Keçən il öz istəyi ilə Qarabağı tərk edən ermənilərdən 30 minə yaxınının Rusiya pasportu - vətəndaşlığı var. 

Kremlin konsulluq xidməti Xankəndidə fəaliyyətə başlayan kimi həmin şəxslərin "hüquqlarını quruyuruq" nağıllarına başlayıb bizə problem yaratmağa çalışacaq. 

O ki, qaldı indi İrəvanda davam edən "keşiş əməliyyatına" və Kremlin "erməni kilsəsi" sevgisinin qabarmasına, Kreml Moskvaya bağlı adamların, Köçəryan-Sarkisyan komandasının "siyasi impotent" olduğunu bilir deyə, indi ermənilər arasında az-çox hörməti olan kilsəyə "stavka" edir – çünki kilsə xadimlərinin çoxu da elə "KQB"dən çıxıb”. 





Paylaş:


Müəllif : Tarix:
31-05-2024, 10:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər