reklam
Regionxeberlericom.az » Cəmiyyət » Məktəbdə yoxlama aparıldı - Direktor işdən çıxarıldı

reklam

Məktəbdə yoxlama aparıldı - Direktor işdən çıxarıldı

















Ağdaş rayonu M.Nəbiyev adına Orta Ləki kənd tam orta məktəbinin direktoru Ələm Abdullayev vəzifədən azad olunub.

Bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsi açıqlama yayıb.

Bildirilir ki, mayın 13-də Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Orta Ləki kənd məktəbində bir neçə istiqamət üzrə yoxlama aparılıb və bu zaman məktəbdə ümumi idarəetmə, dərsdənkənar məşğələlərin təşkili və tədrisi, şagird davamiyyəti, dərslərin əvəzolunması, texniki heyət işçilərinin işə davamiyyəti, məktəbdaxili qiymətləndirmənin düzgün aparılmaması ilə bağlı nöqsan və çatışmazlıqlar aşkar olunub.

Yoxlamanın nəticəsinə əsasən, məktəbin direktoru Abdullayev Ələm Abdulla oğlu 31 may 2024-cü il tarixindən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən, tutduğu vəzifədən azad edilib.




Paylaş:


Müəllif : Tarix:
31-05-2024, 11:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər