Rusiya ilə bağlı İNANILMAZ İDDİA - Gizli plan ifşa olundu
Rusiya son vaxtlar orduda işdən çıxarılmalarla sarsılır.
Müdafiə nazirinin iki müavininin həbs olunması, daha sonra Sergey Şoyqunun 12 illik müdafiə naziri vəzifəsindən azad edilməsinin pərdəarxası səbəbləri üzə çıxdıqca dövlət idarəçiliyində böhran dərinləşir.
Rusiyanın ən böyük müxalifət media orqanı olan The Moscow Times-ın əldə etdiyi məlumata görə, Kreml və Rusiya parlamenti daxili kəşfiyyat xidməti FSB və ordunun komandanlıq səviyyəsi üçün “təmizləmə əməliyyatı”na başlayıb. Direktivin birbaşa prezident Vladimir Putindən gəldiyi bildirilsə də, Müdafiə Nazirliyinin əks addımlar atdığı da iddia edilir. Prezident Vladimir Putinin ən yaxın simalarından olan və 12 il müdafiə naziri vəzifəsində çalışmış Sergey Şoyqunun işdən çıxarılmasının və keçmiş baş nazirin müavini, iqtisadçı Andrey Belousovun təyin edilməsinin arxasında FSB dayandığı iddia edilir. Ötən 2 ayda ilk olaraq müdafiə nazirinin müavinləri “rüşvətxorluq” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamları ilə işdən çıxarılaraq həbs ediliblər. Bunun ardınca Sergey Şoyqunun "vurulması" Vaqner üsyanından sonra ikinci hakimiyyətdaxili münaqişə kimi qiymətləndirilir.
Mənbələr iddia edir ki, nazirlikdəki “təmizləmə” müasir Rusiya tarixində ən böyük hərbi dəyişiklik olacaq. Kəşfiyyat mənbələri də ilin sonuna kimi yüzlərlə məmurun həbs oluna biləcəyi ehtimalını bölüşür.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-06-2024, 11:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər