Aİ Rusiya mediasına qarşı yeni məhdudiyyətlər tətbiq edə bilər
Avropa İttifaqı (Aİ ) Rusiya mediasının yayımına yeni məhdudiyyətlər tətbiq etməyə hazırdır.
Bu barədə Avropa Komissiyasının nümayəndəsi Piter Stano bildirib.
Onun sözlərinə görə, Aİ yaxın vaxtlarda belə bir addım ata bilər. ancaq İsveçrə belə bir təşəbbüsü dəstəkləməyə bilər.
Stano bildirib ki, əgər üzv dövlətlər Brüsselə görə təbliğatla məşğul olan xüsusi nəşrlərlə bağlı belə bir tədbirin zəruriliyi ilə yekdilliklə razılaşsalar, Aİ digər KİV-lərin qadağan edilməsini nəzərdən keçirməyə hazırdır.
Ekspertlər hesab edirlər ki, Avropa Parlamentinin bu addımı söz azadlığı prinsiplərinə ziddir və Aİ-də informasiya məkanını təmizləməyə hesablanıb.
Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqı “RİA Novosti” agentliyinin, “İzvestiya”, “Rossiyskaya qazeta” və “Avropanın səsi” qəzetinin öz ərazisində yayımını qadağan edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-06-2024, 17:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər