İnsanı gənc saxlayan “sirli” su
Asiyanın ən varlı adamı Mukeş Ambaninin arvadı Nita Ambani sözün həqiqi mənasında qızıl suyu içir. Belə ki, o, məşhur dizayner Fernando Altamirano tərəfindən hazırlanmış xüsusi şüşədə olan “Acqua di Cristallo Tributo a Modigliani” adlı qızıl suyunu qəbul edir (Kult.az).
Məlumatlara görə, 24 karatlıq qızıl qabda saxlanılan su İslandiyadan gələn buzlaq suları ilə Fransa və Ficidən gələn təbii bulaq suyunun birləşməsidir. Suya 5 qram qızıl qatılıb. Bildirilir ki, belə suyun bir şüşəsinin qiyməti 60 min dollardır. İddiaya görə, məhz bu suyun sayəsində 60 yaşlı Nita qüsursuz dəriyə sahibdir.
Belə iddiaların nə dərəcədə elmi-tibbi əsası var? Qızıl suyu bu qədərmi güclü təsirə malikdir və orqanizm üçün heç bir ziyan kəsb etmir. Onu içmək olarmı?
Ümumiyyətlə, orqanizmin cavan qalmasında irsi amil, həyat tərzi nə dərəcədə həlledici rol oynayır?
Mövzu ilə bağlı həkim-diyetoloq Ləman Süleymanova “Yeni Müsavat”a danışıb: “İlk növbədə su barədə danışmaq istərdim. Məlum olduğu kimi, insan orqanizminin hər zaman suya böyük ehtiyacı var. Dərimizin gözəl olması, gənc görünməsi, hüceyrələrin qidalanması üçün su mühüm rol oynayır. Ümumiyyətlə, su bütün canlılar üçün önəmlidir. Bu baxımdan həmişə tövsiyə olunur ki, bol miqdarda su qəbul olunsun. Orqanizmdə su çatışmayanda dəri qırışır, hormonların sürət mexanizminə mənfi təsir edir. Həmçinin orqanizmdə suyun az olması maddələr mübadiləsinin zəifləməsinə, həzm prosesinin geriləməsinə səbəb olur. Bir dəqiqə ərzində orqanizmdə 4 milyon eritrosit qırmızı qan hüceyrələri məhv olur və elə bu qədər də yenisi yaranır. Bunu da yaradan amillərdən biri sudur. Beləliklə, su bədəndən bütün toksinləri xaric edir.
O ki qaldı qızıl qabda su qəbuluna, keçmiş zamanda padşahlar, varlı insanlar təmiz qızıldan hazırlanmış qablarda su içirdilər. Çünki hələ o zamandan təbiblər məsləhət görürdülər ki, uzun ömürlü olmaq üçün təmiz qızıldan olan qu qablarında su içmək mədə-bağırsa sisteminə yaxşı təsir edir, ömrü uzadır. Xanımlar da qızıldan olan qablardakı sudan istifadə edirdilər ki, dəriləri gözəl, daha gənc qalsın.
Bunun məntiqi ondan ibarətdir ki, su saxlanılma şəraitini çox sevir və buna çox həssasdır. Qaynadılmış su artıq faydalı su sayılmır və hətta insan orqanizmi üçün fəsadı da var. Amma suyun özü təmizlənmiş halda və təmiz yerdə saxlanıldıqda insan orqanizminə çox müsbət təsir edir.
Təmiz qızıldan olan qabda saxlanılan suya gəldikdə, bu cür qabın tərkibindəki maddələr suyun xeyirli maddələri ilə aktivləşir, birbaşa hüceyrələrə daxil olur və dəriyə, sağlamlığa müsbət təsir edir.
Amma suya 5 qram qızıl tozu əlavə edib onu içmək nə dərəcədə müsbət təsir göstərir, onu konkret demək mümkün deyil. Doğrudur, elmdə bundan istifadə edənlər var, amma bu, həm xeyirli, həm də zərərli ola bilir. Çünki elə xəstəliklər var ki, qızıl tozu ona mənfi təsir göstərə bilər. Bu baxımdan bir mütəxəssis olaraq suya qızıl tozunu əlavə edib, qəbul etməyin əleyhinəyəm. Ola bilər ki, hansısa kosmetoloji prosedurlarda dəri üçün bundan istifadə olunsun, amma birbaşa su ilə qəbul etməyin əleyhinəyəm. Çünki müəyyən xəstəlikləri olan insanlar bunu qəbul etdikdə, fəsadları ilə üzləşə bilərlər".
Paylaş:
Müəllif : Fuad
Tarix:4-06-2024, 09:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər