reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Evimizi icazəsiz söküb qızıllarımızı oğurladılar” - Video

reklam

“Evimizi icazəsiz söküb qızıllarımızı oğurladılar” - Video
















Bakının Nəsimi rayonunda yaşayış evinin qanunsuz şəkildə söküldüyü deyilir. 

Bu iddia ilə rayonun Novruzov qardaşları küçəsi, 33 ünvanında yerləşən evin sahibi Zakir Əmirastanov müraciət edib.  

Vətəndaş mülkiyyətinin heç bir razılaşma olmadan, qanunsuz şəkildə söküldüyünü bildirib: “Mayın 18-də “PILOT-16” MMC şirkəti evimi söküb. Hazırda çöldə yaşayırıq. Bu şirkət bizə heç bir əsaslı rəsmi sənəd göstərmədi. İcazə olmadan evimizi sökdülər və bizə məxsus qızıl-zinət əşyaları, sənədlər onlar tərəfindən oğurlanıb. Həmçinin pal-paltar və başqa nə varsa, yük maşınlarına doldurularaq hara aparılıb xəbərimiz yoxdur. Nəticədə mənə 120 min manat ziyan dəyib. Hadisə zamanı oğlum evdə olub. O, söküntüyə mane olmaq istəyəndə şirkətin icraçı direktoru və vəkili, həmçinin Nəsimi İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən şiddətə məruz qalıb. Məsələ ilə bağlı polisə və bir çox aidiyyəti qurumlara müraciət etsək də, nəticə yoxdur”. 
















Şikayətçi bildirib ki, adıçəkilən şirkət evin sökülməsinin müqabilində heç bir kompensasiya təklif etməyib: “Yalnız 4 il öncə “Pilot 16 MMC” iddia ərizəsində bizdən onların dediyi məbləğlə razılaşmağımızı tələb etdi. Bizim torpaq 250 kvadrat metrdir. Qarşı tərəf ona görə müəyyən məbləğ təklif etdi. Amma onlar yaşadığımız evin dəyərini nəzərə almırdılar. Sadəcə torpağın pulunu bizə vermək istəyirdilər. Qanunda var ki, torpaq xüsusi mülkiyyətdədirsə, ona ayrıca kompensasiya istənilir. Mübahisə də buradan başlamışdı. Və bu gün isə mənə heç bir kompensasiya təklif olunmadan, razılıq əldə edilmədən evimi uçurublar. O vaxtı İnzibati Məhkəmədə qarşı tərəfin iddiaçısı olduğu iş dayandı. Müvəqqəti təminat tədbir ərizəsi ilə tələb etdim ki, evimin şirkət tərəfindən söküntüsü qadağan edilsin. Nəticədə məhkəmə onu təmin etdi. Məhkəmə qərarlarının hamısı leyhimizədir. Lakin bunlara baxmayaraq, bu gün evimi söküblər”.















































Məsələni aydınlaşdırmaq üçün “Pilot 16” MMC şirkətinin hüquqşunası ilə əlaqə saxladıq. Verilən cavab isə belə oldu: “Sözügedən fərdi yaşayış evi FHN-in çıxardığı rəyə əsasən, tam qəzalı vəziyyətdədir. Buna görə də Rayon İcra Hakimiyyətinə evdə yaşayan sakinlərin təxliyə olması ilə bağlı müvafiq məktub daxil olub. Bu söküntü biz tərəfindən yox, müvafiq dövlət qurumlarının qərarları tərəfindən həyata keçirilib. Şirkət özbaşına heç bir söküntü həyata keçirməyib. 

“Pilot 16 MC” həmçinin, vətəndaşa xəsarət yetirilməsi ilə bağlı iddiaları təkzib edib: “Həmin gün kiməsə xəsarətin yetirilməsi ilə bağlı məlumat bizdə yoxdur. Qeyd edim ki, ictimai asayişin qorunması məqsədilə həmin vaxt hadisə yerində polis əməkdaşları da olub”.

Şikayətçinin oğluna xəsarətlərin yetirilməsi və qızıl-zinət əşyalarının oğurlanması iddiaları ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı hazırda araşdırma getdiyini bildirdi: “Vətəndaşın oğurluq və digər xüsusatlarla bağlı səsləndirdiyi iddialar əsasında ərazi üzrə polis bölməsində araşdırma aparılır”.

Qeyd: Problemlə əlaqədar ARB telekanalında da sujet yayımlanıb. Həmin kadrlarda söküntü zamanı vətəndaşa kobud davranıldığı, onun çölə çıxarılaraq telefonla çəkilişinə maneə yaradılması görünür:

(Qafqazinfo)




Paylaş:


Müəllif : Tarix:
4-06-2024, 11:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər