reklam
Regionxeberlericom.az » Cəmiyyət » “İrəvanda böyük mitinq olacaq” – Qalstanyan anons etdi

reklam

“İrəvanda böyük mitinq olacaq” – Qalstanyan anons etdi


















Ermənistanın “Vətən naminə Tavuş” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan planlaşdırılan böyük mitinq barədə məlumat verib.

Bu barədə Qalstanyan tərəfdarlarına Müqəddəs Anna kilsəsinin həyətində keçirilən ənənəvi yekun zamanı deyib.

Arxiyepiskop mitinqin iyunun 9-da Respublika meydanında keçiriləcəyini bildirib:

“Hakimiyyət deyir ki, bizim hərəkat sönür. Bəs siz niyə bu qədər narahatsınız, insan övladları? 9 iyun saat 18:30-da Respublika meydanında böyük mitinq keçirəcəyik”.

Xatırladaq ki, Ermənistanda erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi etiraz aksiyaları Bakı ilə İrəvan arasında Tavuş vilayətində sərhədin delimitasiyasına dair razılaşmanın əldə olunması xəbərindən sonra başlayıb.




Paylaş:


Müəllif : Tarix:
4-06-2024, 23:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər