reklam
Regionxeberlericom.az » Cəmiyyət » İsti hava, dözülməz sinif otaqları - Dərslərin bitmə tarixi dəyişəcək?

reklam

İsti hava, dözülməz sinif otaqları - Dərslərin bitmə tarixi dəyişəcək?














Azərbaycanda orta məktəblər iyunun 14-ü bağlanır. Bu günlərdə havaların çox isti keçməsi şagirdlərin dərsə getmə həvəsini də öldürür. Müşahidələr əksər təhsil ocaqlarında dərsə davamiyyətin zəiflədiyini göstərir. Dərs ilinin 14 iyuna qədər uzadılması son bir neçə ildir etirazlar doğurur, rəsmi qurumlar isə məsələni müzakirə etmək istəmir.

Valideynlər, xüsusən də şagirdlər belə istilərdə məktəbin hələ bağlanmamasından narazıdırlar.

Bəs məktəbin sentyabrın 1-də açılıb, mayın 31-i bağlanması haqqında qanun qəbul edilməsi mümkündürmü?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan təhsil məsələləri üzrə ekspert Elşən Qafarov bildirib ki, dərslərin sentyabrın 1-dən başlayıb mayın 31-də bitməsinin uşaqlara daha çox faydası dəyər:

“Tədris ilinin müddətini ölkə üzrə Nazirlər Kabineti müəyyən edir. Nazirlər kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarı ilə təhsil məktəblərində tədris ilinin müddəti 15 sentyabrda başlayır, 14 iyunda bitir. Ölkəmizin ayrı-ayrı regionlarında, xüsusilə Aran, Mərkəzi Aran, Mil, Muğan, Şirvan bölgələrində may ayının sonu və iyun ayının əvvəli havanın temperaturu 35 dərəcənin üzərində olur.

Məktəblərimizdə havalandırma sisteminin olmaması və isti hava şəraitin olması tədris prosesinə ciddi problemlər yaradır. Məktəblərimiz bir hissəsi modul tipli məktəblərdir. Belə məktəblərdə ümumiyyətlə, 30 dərəcənin üzərində sinif otaqlarında qalmaq mümkün olmur. Bu baxımdan biz də istəyirik ki, tədris ilinin müddətində dəyişiklik edilsin. Dərslər sentyabrın 1-dən başlasın və mayın 31-i aktiv dərslər bitsin”.

Ekspert qeyd edib ki, Nazirlər Kabineti sözügedən etirazları nərəzə alaraq müvafiq qərar qəbul etməlidir:

“1 iyundan 14 iyuna qədər də imtahanlar dövrü olsun – həm böyük summativ qiymətləndirmələr, həm də buraxılış imtahanları. Beləliklə, tədris ili müddəti beynəlxaq standartlara yəni, 36 həftəyə uyğun olar. Həmçinin haqlı narazılıqlara da son qoyular. Çox təəssüflər olsun ki, müvafiq qərar qəbul edilmir. Arzu olunandır ki, Nazirlər Kabineti tədris ilinin müddətində dəyişikliyi qəbul etsin, 2004-cü ildən əvvəlki kimi tədris ili rüblərə bölünsün. Bu, tədrisin keyfiyyəti üçün də əlverişli olar”.




Paylaş:


Müəllif : Tarix:
5-06-2024, 08:18
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər