reklam
Regionxeberlericom.az » Cəmiyyət » Birinci Qarabağ müharibəsinin şəhidi Zərdabda dəfn olundu

reklam

Birinci Qarabağ müharibəsinin şəhidi Zərdabda dəfn olundu
















Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İsaqov Zakir Nüsrət oğlunun meyitinin qalıqları Zərdab rayonuna gətirilib. O, Tərtər şəhərində Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu. 

Şəhidin nəşi bu gün rayonun Təzəkənd kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Təzəkənd kəndində, anasının məzarı yanında torpağa tapşırılıb, dualar oxunub. 

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb. 

Qeyd edək ki, İsaqov Zakir Nüsrət oğlu Birinci Qarabağ müharibəsində Ağdərə rayonunda itkin düşmüş sayılırdı. 

 




Paylaş:


Müəllif : Tarix:
5-06-2024, 15:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər