reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bu benzin ucuzlaşır - Sürücülərə ŞAD XƏBƏR

reklam

Bu benzin ucuzlaşır - Sürücülərə ŞAD XƏBƏR


















Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ) bu ay “Euro-5” ekoloji standartlarına uyğun avtomobil benzininin istehsalına başlamağı planlaşdırır. Bu barədə SOCAR-dan məlumat verilib. Zavodda 2023-cü ilin may ayında “Euro-5” standartlarına uyğun dizel yanacağı istehsalına başlanılıb. 2024-cü ilin iyununda isə BNEZ “Euro-5” standartlarına uyğun avtomobil benzini istehsalına başlamaq planlaşdırılır. 

 Bəs yerli istehsalın bazara təqdim olunması qiymətlərdə ucuzlaşmaya səbəb ola bilərmi? 

 Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, hazırda dünya bazarında neftin qiyməti kifayət qədər aşağıdır və bu səbəbdən Ai-95 markalı benzinin qiyməti də ucuzlaşmalıdır: 

 “Əslinə qalsa, Ai-95 markalı benzin indi də ucuz olmalıdır, çünki neft 80 dollardır. Biz bu benzini xaricdən alırıq və qiymət 2 manata qalxan zaman dünya bazarında neftin dəyəri 120 dollara yaxın idi. İndi isə neftin qiyməti təqribən 30-40 faiz ucuzlaşıb. Amma bizdə yenə Ai-95 markalı benzin bahadır və bu anlaşılan deyil”. 

 Ekspert Ai-95 markalı benzinin qiymətinin Gürcüstanla eyni olduğunu vurğulayıb: 

 “Yerli istehsal olduqda isə, ümumiyyətlə ucuzlaşmalıdır. Biz hazırda Ai-95 benzini əsasən Ruminyadan alırıq. Yerli istehsal başlansa bu benzinin qiymətində mütləq şəkildə ucuzlaşma olmalıdır və düşünürəm ki, olacaq. İndiki şəraitdə bizdə Ai-95 markalı benzin aşağı-yuxarı Gürcüstanla eyni qiymətədir. Bu isə anlaşılan deyil. Azərbaycan neft ölkəsidir və yanacaq növlərinin istehsalı üçün yetərincə yüksək imkanlar var”. 




Paylaş:


Müəllif : Tarix:
6-06-2024, 08:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər