reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanda DƏHŞƏT: Hamilə qadın onu döyən sevgilisinə GÖRÜN NƏ ETDİ - MƏHKƏMƏ

reklam

Azərbaycanda DƏHŞƏT: Hamilə qadın onu döyən sevgilisinə GÖRÜN NƏ ETDİ - MƏHKƏMƏ
















Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Günay Qafarovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

RegionXəbərləricom.az pravda.az-a istinadən xəbər verir ki, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Günay Qafarovaya şərti cəza verilib.

İttihama görə, hadisə 19 iyul 2022-ci il tarixdə, saat 23 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, Günay Qafarova qonaq otağında qeyri-rəsmi yaşadığı zərərçəkmiş Kərəm Kərimova (şərti) onu hamilə vəziyyətdə qoyub getməsinə, ayrı-ayrı qızlarla görüşməsinə görə iradını bildirib. Bu zaman onların arasında mübahisə yaranıb. Nəticədə qadın mətbəxdən götürdüyü bıçaqla Kərəmin sol qarın nahiyəsinə qəsdən bir dəfə vuraraq ona bədən xəsarəti yetirib.

Məhkəmədə Günay Qafarova elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, hadisə baş verdiyi gün Kərəm evə sərxoş vəziyyətdə gəlib və onu döyməyə başlayıb.

Qadının dediyinə görə, kişi onun hər yerinə vurub: "Həmin vaxt 7 aylıq hamilə idim və Kərəmin uşağıma xəsarət yetirəcəyindən qorxurdum. Hadisə zamanı divanın üzərində bıçaq var idi. Mən də məcbur qalaraq həmin bıçağı götürüb və Kərəmdən müdafiə olunmaq üçün onu vurdum. Zərərçəkmiş şəxsi bıçaqla vurmaqda məqsədim sadəcə özümü və bətnimdəki uşağımı müdafiə etmək idi. Hazırda Kərəmlə barışmışam".

İstintaq dövründə Günay Qafarovanın barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.





Paylaş:


Müəllif : Tarix:
6-06-2024, 11:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər