I Qarabağ müharibəsi şəhidi Göyçayda dəfn olundu - Fotolar
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Eldarov Rasim Səfər oğlunun nəşinin qalıqları doğulduğu Göyçay rayonunda dəfn olunub.
RegionXəbərləricom.az-ın məlumatına görə, şəhidin nəşi bu gün rayonun Ulaşlı-Şıxlı kəndinə gətrilib və vida mərasimi keçirilib.
Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, rayon icra hakimiyyəti iştirak edib. Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Göyçay şəhər Şəhidlər xiyabanında, torpağa tapşırılıb. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.
R. Eldarov Birinci Qarabağ müharibəsində Füzuli rayonunda itkin düşmüş sayılırdı və həmin rayonunun Kürdmahmudlu kəndində naməlum şəhid kimi dəfn olunmuşdu.
Qeyd edək ki, R. Eldarov 1968-ci ilin iyulun 17-də Bakıda doğulub.1992-ci ildə torpaqlarımızın müdafiəsi üçün ordu sıralarına qatılıb. O, müharibəyə gedərkən ailəli olub, bir müddət sonra oğlu doğulsa da, onun üzünü görə bilməyib. R Eldarovun itgin xəbərinə dözməyən ata və anası da bir neçə il sonra vəfat edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-06-2024, 14:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər