23 yaşlı oğlanın ayaq barmaqlarını əlinə tikdilər - FOTOLAR
Türkiyənin Konya şəhərində fəhlə işlədiyi avtomobil ehtiyat hissələri istehsal edən fabrikdə 350 tonluq pres aparatının düşməsi nəticəsində 2 baş barmağını itirən Enes Çelikin hekayəti hər kəsi təəccübləndirir.
9 ay sonra Enesin iki baş barmağı ayağından çıxarılaraq uğurlu əməliyyatla əlinə köçürülüb.
23 yaşlı gənc deyib: “Ötən sentyabrda iş qəzası keçirdim. Hər iki əlimin baş barmağına 350 tonluq pres düşdü. Barmaqlarım dibindən qopmuşdu, ümidim yox idi. İlk müdaxilədən sonra sonra bu əməliyyatı mənə tövsiyə etdilər. Qəbul etdim. Bunun qeyri-mümkün olduğunu düşünsəm də, hazırda əvvəlki kimi hər şeyi özüm edə bilirəm. Ağrım yoxdur, çəki qaldıra, yazı yaza bilirəm. Düzünü desəm, daha pisini gözləyirdim, amma indi nə istəsəm, edə bilərəm”.
Həkim Harun Kütahya isə əməliyyatla bağlı bunları söyləyib:
“İstehsalat qəzalarında əl zədələri kifayət qədər tez-tez baş verir. Əlin funksiyalarını bərpa etmək üçün, mümkünsə, kəsilmiş əzalar replantasiya dediyimiz bir proseslə bir-birinə tikilə bilər. Ancaq bunun mümkün olmadığı hallarda funksiyaları bərpa etmək və xəstəni həm gündəlik həyata, həm də iş həyatına qaytarmaq üçün bəzən ayaqdan əl nəqli kimi orqan nəqli prosedurlarının yerinə yetirilməsi lazım ola bilir.
Pasiyentimiz 2023-cü ilin sentyabr ayında hər iki əlinin baş barmaqlarının kəsilməsi ilə bizə müraciət etdi. Ardıcıl olaraq hər iki ayaqdan hər iki ələ baş barmağın transplantasiyasını həyata keçirdik. Yaraların sağalması və sümüklərin qaynaşmasından sonra fizioterapiyaya başladıq. Təxminən 6 ay müddətində onun əlinin funksiyaları geri gəldi, gündəlik tapşırıqları yerinə yetirə bildi”.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-06-2024, 18:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər