reklam
Regionxeberlericom.az » Cəmiyyət » Leysan olacaq, güclü külək əsəcək - Xəbərdarlıq

reklam

Leysan olacaq, güclü külək əsəcək - Xəbərdarlıq
















Hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 8-də gecə və səhər Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir 15-18 m/s-dək güclənəcəyi gözlənilir.

İyunun 8-dən 11-dək Azərbaycanın bəzi rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Əsasən dağlıq və dağətəyi rayonlarda (Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR) yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

Şimal-şərq küləyi bəzi yerlərdə arabir 15-18 m/s, ayrı-ayrı yerlərdə 20-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.




Paylaş:


Müəllif : Tarix:
7-06-2024, 17:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər