reklam
Regionxeberlericom.az » Cəmiyyət » Kimlər koronovirusa qarşı təkrar peyvənd olunmalıdırlar?

reklam

Kimlər koronovirusa qarşı təkrar peyvənd olunmalıdırlar?
















"Koronavirus insanlığı tərk etməyib və hələ də can almağa davam edir".

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı ofisinin rəhbəri Batır Berdıklıçev xəbərdarlıq edib.

Onun sözlərinə görə, COVID-19 indi sadəcə mövsümi xarakter alıb.

"Keçən ildən etibarən ÜST-nin qərarına əsasən, koronavirusun rəsmən beynəlxalq miqyasda ictimai səhiyyəyə təhlükə olmadığını deyə bilərik. Lakin bu, əlbəttə, koronavirusun həyatımızdan getdiyi anlamına gəlmir. Təəssüf ki, insanlar xəstələnir, yoluxur və ölüm halları var. Koronavirusun mövsümi infeksiyalar sırasına keçdiyini söyləmək olar", - deyə mütəxəssis qeyd edib.

O, dünyanın bir çox ölkəsinin ölümlər də daxil olmaqla, COVID-19 halları barədə hələ də məlumat verməyə davam etdiyini vurğulayıb.

"Biz bununla yaşamağa məcburuq", - deyə mütəxəssis vurğulayıb.

Berdıklıçev həmçinin qeyd edib ki, ÜST koronavirusa qarşı peyvənd tövsiyələrini yeniləyib.

"İndi prioritet qruplar yaşlılar, immuniteti zəif olanlar, çoxsaylı xroniki xəstəlikləri olanlar, həmçinin xəstə ilə birbaşa təmasda olan həkimlərdir. Bu qruplara təkrar peyvənd məsləhət görülür", - deyə o sözlərini yekunlaşdırıb.




Paylaş:


Müəllif : Tarix:
8-06-2024, 15:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər