reklam
Regionxeberlericom.az » Cəmiyyət » Səhhətimiz AQTA-ya əmanətdirsə... VAY HALIMIZA!

reklam

Səhhətimiz AQTA-ya əmanətdirsə... VAY HALIMIZA!









Ötən ay Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müxtəlif yaş qruplarına aid 40 nəfərə yaxın insan toyuq dönərindən zəhərlənməsi faktı əsasında müraciət edib. Zaqatalada əksər dönərxanaların fəaliyyəti dayandırılıb. Buna səbəb ötən gün 40 nəfərə yaxın sakinin toyuq dönərindən zəhərlənməsi göstərildi. Bu gün isə Azərbaycanda azyaşlı uşaq çipsidən zəhərlənərək ölüb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd olunur ki, hadisə Qobustanda baş verib. Turqut adlı azyaşlının çipsidən zəhərlənərək öldüyü iddia olunur. Bəs Azərbaycanda kütləvi zəhərlənmə hadisələrinin səbəbi nədir?

Məsələ ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Sonxeber.az-a açqılama verib.

E. Hüseynov bildirib ki, AQTA-nın məlumatına görə, 40 nəfərin 40-da guya eyni dönərxanada yemək yeyiblərmiş. Lakin bizə telefon zəngləri gəldi ki, həmin şəxslər bu dönərləri müxtəlif yerlərdə yeyiblər;

"AQTA-nın apardığı iş zəruri olsa da kafi deyil. Ona görə ki, bu vaxta qədər nə qədər insan zəfərlənib. Bəs o iinsanlar hüquqları necə olsun . Bu yaxınlarda Zaqatalada baş verən zəhərlənmə ilə bağlı AQTA-nın açıqlanması ilə qətiyyən razı olmadıq. Çünki, onların məlumatına görə, 40 nəfərin 40-da guya eyni dönərxanada yemək yeyiblərmiş. Lakin bizə telefon zəngləri gəldi ki, həmin şəxslər bu dönərləri müxtəlif yerlərdə yeyiblər. Belə çıxır ki, burada söhbət dönərxanalardan yox, dönərxanalara verilən xammaldan gedir. Burada maraqlardan danışmaq olar. Misal üçün toyuq ətinin dönərxanalara göndərən müəssisəni AQTA reysterə daxil edibsə, yoxlayanda problem əgər xammaldan çıxarsa, onu təksib edə bilmir. Yəni sertifikat verən qurum ilə insanların sağlamlığına nəzarət edən qurum ayrı-ayrı olmalıdır. Onlar bir-birini yoxlaya bilsin".

Sədr bildirib ki, AQTA-nın yanındakı ictimai şura fəal işləməlidir:

"Əgər eyni orqan xammala icazə verirsə, daha sonra həmin xammala görə zəhərlənmə baş verirsə, şirkət deyə bilər ki, "bu xammaldan istifadə üçün icazəni sən mənə vermisən. Mənim nə günahım var".

AQTA çox şeyi əlində cəmləşdirib. Müstəqil qurumlar, sertifikasiya verəm orqanlar yaranmalıdır. İndiki şəraitdə dönərxanalar insanı zəhərləyən amilə çevrilib. Mən iki il AQTA-da ictimai şuranın üzvü oldum. Mən AQTA-nı bu məsələlərə sövq edə bilmədim. Mübahisələr yaranırdı. AQTA ilk növbədə KİV ilə yaxşı işləyə bilməlidir. Amma qeyd etdiyim kimi AQTA işləri zəruridir və daha geniş olmalıdır. Zəhərlənmə təkcə ət mənbəyindən yox, mayonezlərdən, dünəndən qalmış dönərlərdən zəhərlənmə halları ola billər. Burada ictimai nəzarətin xüsusi əhəmiyyəti var. AQTA-nın yanındakı ictimai şura fəal işləməlidir".




Paylaş:


Müəllif : Tarix:
11-06-2024, 09:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər