reklam
Regionxeberlericom.az » Cəmiyyət » 16 yaşına çatmayanları evləndirənləri bu cəzalar gözləyə bilər

reklam

16 yaşına çatmayanları evləndirənləri bu cəzalar gözləyə bilər

















16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə cəzalar müəyyən edilir. 

Bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb. 

Qanun layihəsinə əsasən, on altı yaşına çatmayan şəxsin erkən evliliyinin həmin şəxsin və ya erkən evliliyə daxil olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs tərəfindən təşkil edilməsinə görə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 

Qeyd edək ki, bu maddədə nəzərdə tutulmuş cinayətə görə məsuliyyət erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə həmin şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır.




Paylaş:


Müəllif : Tarix:
11-06-2024, 14:19
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər